This version of the page http://www.amerikaninsesi.org/a/ruzbeh-saadati/3422609.html (0.0.0.0) stored by archive.org.ua. It represents a snapshot of the page as of 2016-07-28. The original page over time could change.
Ruzbeh Səadəti: Erkən nikah probleminə qarşı birgə mübarizə aparmaq lazımdır [Audio-Müsahibə]

Accessibility links

  • Skip to main content
  • Skip to main Navigation
  • Skip to Search
  • Learning English
Dillər
İran Azərbaycanı

Ruzbeh Səadəti: Erkən nikah probleminə qarşı birgə mübarizə aparmaq lazımdır [Audio-Müsahibə]

  • Əlirza Quluncu

Ruzbeh Səadəti

  • Facebookda bölüş
  • Twitterdə bölüş
  • "В Контакте"də bölüş
  • "Google+"da bölüş
  • YouTube kanalımız
  • Dosta göndər

Ruzbeh Səadəti İran Azərbaycanında başlıca sosial bəlalardan birinə diqqət çəkir

“Bir türkçü təkcə dil məsələsi və Azərbaycanın iqtisadi və mədəni problemlərini görüb başqa problemlərə baxmasa, feministlər də sadəcə qadın məsələsini ələ alsalar, bunlar arasında qarşılıqlı əlaqə yaranmaz,” deyə Ruzbeh Səadəti bildirir. İran Azərbaycanında erkən yaşda nikah problemini toplumun gündəminə gətirmək istiqamətində türk fəallar və feministlər arasında qarşılıqlı əlaqə yaranmasının önəminə diqqət çəkən Səadəti fundamental hüquq pozuntularına qarşı səylərin əlaqələndirilməsini mühüm hesab edir.

Şərqi Azərbaycan vilayətindən Amerikanın Səsinə danışan yazar və mədəni fəal İranın, xüsusilə də Azərbaycan vilayətlərində qızların erkən yaşda evləndirilməsinə yol verən amilləri dəyərləndirib.

Xoydakı kənddə qızların ibtidai təshili bitirdikdən sonra təhsilə davam etmələri üçün məktəb yoxdur. Bu durumda, təəsüflə, bu ölkədə dərs oxumayan qızlar üçün başqa bir rol tanınmayıb, ona verilən rol ailə qurmaqdır.

Bu yaxınlarda İranın Sharvand qəzeti Xoy şəhərinin yaxınlığında yerləşən Pesək kəndində erkən nikah səbəbilə ortaya çıxan ictimai problemlərə dair bir reportaj yayımlayıb. Reportajda xüsusilə bir çox hallarda ibtidai təhsili bitirən qız uşaqlarının təhsili həmin kənddə davam edə bilmədikləri üçün kiçik yaşlarda ərə verildikləri qeyd edilib.

Ruzbeh Səadətinin dediklərinə görə, yoxsulluq, təhsillə bağlı problemlər, adət-ənənələr və məzhəb kimi amillər qız uşaqlarının erkən yaşlarda evləndirilməsində təsir edir. O, bu amillərin fərqli bölgələrdə fərqli ölçüdə təsir buraxdığını vurğulayır.

İranda hər il 10 minlərlə 15 yaş altı qız uşaqlarıın nikahı qeyd edilir.

“Bəzi bölgələrdə erkən nikah əsasən bəzi başqa problemləri çözmək məqsədi ilə olur. Misal üçün iqtisadi çətinlik yaşayan bölgələrdə bu daha çox görünür. Xoydakı kənddə qızların ibtidai təshili bitirdikdən sonra təhsilə davam etmələri üçün məktəb yoxdur. Bu durumda, təəsüflə, bu ölkədə dərs oxumayan qızlar üçün başqa bir rol tanınmayıb, ona verilən rol ailə qurmaqdır.

Qızların inkişafına qarşı olanlar buna daha çox zəmin yaradır. Onlar qızın inkişafını öz ənənələrinin ziddi olaraq görürlər. Qızın tez evlənib və ər evində tərbiyə olmasını istəyirlər.”

Türk fəal həmçinin erkən nikahların qeyd olunmasına şərait yaradan İran qanunlarını tənqid edərək həmin qanunların yerinə yetirilməsi çətin olmayan müəyyən şəraitdə 13 yaş altı qız uşaqlarının evləndirilməsinə icazə verdiyini bildirir.

Erkən nikah problemi ilə bağlı əsasən hakimiyyətin məsul olduğunu önə çəkən Səadəti türk fəalların bu problemi toplumun gündəminə gətirməkdə rol oynaya biləcəyini ifadə edir.

“Təəsüflə bu türk fəallar arasında çox dartışılmayıb. Bu məsələ hər zaman feministlər tərəfindən ortaya qoyulub. Türk fəalların da bu mövzu ilə bağlı qətiyyən məsuliyyəti vardır. Amma, hər söyləmin mərkəzi nişanələri vardır və bu Azərbaycan Milli Hərəkatının mərkəzi istəklərindən deyil. Onun istəklərinin mərkəzində kimlik və dil məsələsi vardır.

Türk fəalların əlindən bu gələ bilər ki məsələni mediada və toplum içində gündəmə gətirələr.

Əlbəttə bu problemin Azərbaycanda və türklərin içində olduğuna görə türklər də məsuldur. Lakin əsas məsuliyyət dövlətindir. Dövlət qanun qoymalı və maarifləndirmə məsələsinə diqqət yetirməlidir. Türk fəalların əlindən bu gələ bilər ki məsələni mediada və toplum içində gündəmə gətirələr.”

Ruzbeh Səadəti bu kontekstdə türk fəallar və qadın haqları müdafiəçiləri arasında qarşılıqlı əlaqə məsələsinə diqqət çəkir.

“Bir türkçü təkcə dil məsələsi və Azərbaycanın iqtisadi və mədəni problemlərini görüb başqa problemlərə baxmasa, feministlər də sadəcə qadın məsələsini ələ alsalar, bunlar arasında qarşılıqlı əlaqə yaranmaz,” deyə o əlavə edir.

Mövzuya uyğun

  • Əhərdə bir ildə yaşı 15-dən aşağı 114 qız ərə verilib

  • Erkən yaşda evləndirilən qızlar və ana dilində maarifləndirmə [Audio Müsahibə]

Show comments

Back to top
XS
SM
MD
LG