This version of the page http://www.amerikaninsesi.org/a/qazvin-province/3416254.html (0.0.0.0) stored by archive.org.ua. It represents a snapshot of the page as of 2016-07-28. The original page over time could change.
Qəzvində işdən çıxarılmış 145 fəhlə haqlarını tələb edir

Accessibility links

  • Skip to main content
  • Skip to main Navigation
  • Skip to Search
  • Learning English
Dillər
İran Azərbaycanı

Qəzvində işdən çıxarılmış 145 fəhlə haqlarını tələb edir


  • Facebookda bölüş
  • Twitterdə bölüş
  • "В Контакте"də bölüş
  • "Google+"da bölüş
  • YouTube kanalımız
  • Dosta göndər

Qəzvin vilayətinin Takistan şəhərində yerləşən “Qəzvin Polad” zavodunun işdən çıxardığı 145 fəhlə gecikmiş maaşlarını almağa və hüquqlarının təmin olunmasına çalışırlar.

Bu haqda İLNA (Iranian Labour News Agency) agentliyi məlumat yayıb.

İLNA-nın məlumatına istinadən, zavod 25 işçisini bu yaxınlarda, 120 işçini isə may ayında işdən çıxarıb.

Qəzvin Polad zavodu çalışdırdığı əməkçilərlə bir ay müddətinə müqavilələr imzalayır. İLNA-nın bildirdiyinə görə, işdən çıxarılmamış fəhlələr də hər ayın əvvəli işdən çıxarılmaq təhlükəsi qarşısında qalırlar.

Xəbər agentliyinə danışan fəhlələr həm hazırda zavodda çalışanlar, həm də işdən çıxarılmış 145 əməkçinin əlavə iş saatlarının keçən ilin avqust ayından bəri ödənilmədiyini bildiriblər.

Mövzuya uyğun

  • Zavod direktoru aksiya keçirən 500 təbrizli işçini tamahkarlıqda günahlandırır

  • İran Azərbaycanında müəllim və işçi mitinqləri

  • Ərdəbildə fəhlələrin mitinqi polisin sərt müdaxiləsi ilə dağıdılıb

Show comments

Back to top
XS
SM
MD
LG