This version of the page http://www.amerikaninsesi.org/a/france-nitsa/3423355.html (0.0.0.0) stored by archive.org.ua. It represents a snapshot of the page as of 2016-07-28. The original page over time could change.
Prokuror: Nitsa hücumçusu radikal islama meyilli olub

Accessibility links

  • Skip to main content
  • Skip to main Navigation
  • Skip to Search
  • Learning English
Dillər
Dünya

Prokuror: Nitsa hücumçusu radikal islama meyilli olub


  • Facebookda bölüş
  • Twitterdə bölüş
  • "В Контакте"də bölüş
  • "Google+"da bölüş
  • YouTube kanalımız
  • Dosta göndər

Fransanın Nitsa şəhərində Bastiliya hücumu günü 84 nəfərin ölümünə səbəb olan şəxs radikal islama meyilli olub. Bu barədə açıqlamanı prokuror Fransua Molins bildirib.

Terrorizmlə bağlı təhqiqatlara nəzarət edən prokuror bildirib ki, hücumçu Məhəmməd Bəhlul İslam Dövləti qrupunu dəstəkləyirdi. Onun Orlando hücumu barədə onlayn məlumat topladığı da aşkarlanıb.

Molinsin bildirdiyinə görə, Bəhlul onlarla insanı öldürdüyü bu şəhərin sahilinə dəfələrlə kəşfiyyat xarakterli səfərlər edib.

Bu gün Fransa boyu iyulun 14-ü hücumunun qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Süküt anında minlərlə fransıza qatılan baş nazir Manuel Valls fitə basılıb.

Müxalif partiyalar Olland hökumətini terrorizmlə mübarizədə lazımi iş görməməkdə ittiham edib.

Anım mərasiminə prezident Fransua Olland və daxili işlər naziri Bernard Kaznev də qatılıb.

Prezident ölkədə fövqəadə vəziyyət müddətinin 3 ay uzadılmasına sərəncam verib.

Yük maşınının sürücüsü sürətlə hərəkət edən maşınını kütlənin üzərinə sürüb. Nəticədə 84 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Hücumçu piyadaların yolu ilə 2 kilometr məsafəni qət etdikdən sonra polis tərəfindən güllələyərək öldürülüb.

14 iyul hücumu Fransada həyata keçirilən terror aksiyalarının üçüncüsüdür.

Show comments

Back to top
XS
SM
MD
LG