This version of the page http://www.amerikaninsesi.org/a/farzad-samadli/3417829.html (0.0.0.0) stored by archive.org.ua. It represents a snapshot of the page as of 2016-07-28. The original page over time could change.
Fərzad Səmədli: İran mediası türklərlə bağlı xəbərləri təhrif edir [Audio-Müsahibə]

Accessibility links

  • Skip to main content
  • Skip to main Navigation
  • Skip to Search
  • Learning English
Dillər
İran Azərbaycanı

Fərzad Səmədli: İran mediası türklərlə bağlı xəbərləri təhrif edir [Audio-Müsahibə]

  • Əlirza Quluncu

Fərzad Səmədli

  • Facebookda bölüş
  • Twitterdə bölüş
  • "В Контакте"də bölüş
  • "Google+"da bölüş
  • YouTube kanalımız
  • Dosta göndər

Türk fəallar tez-tez farsdilli medianın İran Azərbaycanı, eləcə də Azərbaycan Respublikası və Türkiyə ilə bağlı siyasətini tənqid edirlər. Jurnalist Fərzad Səmədli Amerikanın Səsinə müsahibədə bu tənqidlərin mahiyyətini açıqlayıb. O, bu siyasətə qarşı görülən əks-tədbirlər və İran Azərbaycanında qəzetçilik fəaliyyətləri haqqında danışıb.

İranın "Keyhan" adlanan dövlət qəzeti islamçı hökumətin başlıca təbliğat ruporlarından biridir.

Ankara Universitetində beynəlxalq münasibətlər bölümündə doktorluq dərəcəsi üzərində çalışan Səmədli İran mediasının türklərə qarşı “təhrif, yalan xəbər yayma və boykot” siyasətinin yeni olmadığını, 1979 İslam İnqilabının öncəsində də yürüdüldüyünü vurğulayır:

“Bu həmişə olmuş. Şah zamanında var idi, inqilabdan sonra da davam etdi. Xüsusilə Azərbaycan Respublikasının müstəqilliyindən sonra türkçülük və azərbaycançılıq düşüncəsinin güneydə xalq arasında genişlənməsi ilə türklərə qarşı qərəzli xəbərlər, təhriflər, yalan xəbərlər və boykot məsələsi özünü daha çox göstərdi.”

İndi hər kəsin əlində bir qələm, cibində bir telefon var. Hər kəsin bir müxbir, hərkəsin bir fotoqrafçı olması gərəkir. Olay yerində olayı görəndə, bunu başqalarına çatdırması gərəkir.

Xəbərlərin boykot edilməsi yaxud təhrif olunaraq yayılmasına dair bəzi nümunələri önə çəkən Səmədli bu siyasəti həm İran daxilində həm də ölkənin xaricində fəaliyyət göstərən farsdilli mediada müşahidə etdiyini bildirir.

İran mediasının yürütdüyü bu siyasətin bir hissəsinin sistemli olduğunu ifadə edən Səmədlinin dediklərinə görə, “xaricdə də eyni siyasət geniş və sistemli şəkildə yürüdülür. Yəni İran rejiminə qarşı olan muxalif qrupların mediasında da biz [türklərlə bağlı] yalan və təhrif edilmiş xəbərləri görürük. Hətta bunlarda daha sistemlidir.”

Ankarada fəaliyyət edən jurnalist deyir ki, “İran mediasında bir də sistemli şəkildə təhqir var. 2006-da türkləri hamam böcəyinə bənzətdilər... Keçən il Fitilə proqramında bir türk uşağını göstərdilər ki dişlərini necə fırçalayacağını bilmir.”

Türklər sosial mediada geniş şəkildə fəaliyyət edirlər. Onlar artıq bunu öyrənmişlər ki hər xəbərə inanmasınlar.Yayılan xəbərlərə şübhə ilə yanaşırlar.

Fərzad Səmədli İran mediasının Türkiyə, Azərbaycan Respublikası və İran Azərbaycanına dair siyasətlərinin bir-birinə bağlı olduğunu vurğulayır.

O, həmçinin bu siyasətə qarşı təpkilər və fəaliyyətləri şərh edir:

“Farsdilli medianın bu siyasətinə qarşı fəaliyyətlər daha çox sosial mediada olur. Türklər sosial mediada geniş şəkildə fəaliyyət edirlər. Onlar artıq bunu öyrənmişlər ki hər xəbərə inanmasınlar.Yayılan xəbərlərə şübhə ilə yanaşırlar.

Smartfon və sosial medianın inkişafı fərdlər üçün xəbər yayımını xeyli asanlaşdırıb.

İran içərisində media azadlığı yoxdur. Jurnalistlər həbs edilir, qəzetlər qapadılır... Amma buna baxmayaraq hər şeyi gözə alıb çalışan jurnalistlər var...

Lakin, daha artıq çalışmaq lazimdir. Bu, sadəcə bir neçə nəfərin vəzifəsi olmamalı. Hər kəsin üzərinə düşür bu vəzifə. İndi hər kəsin əlində bir qələm, cibində bir telefon var. Hərkəsin bir müxbir, hər kəsin bir fotoqrafçı olması gərəkir. Olay yerində olayı görəndə, bunu başqalarına çatdırması gərəkir.”

Show comments

Back to top
XS
SM
MD
LG