This version of the page http://www.amerikaninsesi.org/a/abs-turkiye/3423339.html (0.0.0.0) stored by archive.org.ua. It represents a snapshot of the page as of 2016-07-28. The original page over time could change.
ABŞ hərbi çevriliş cəhdindən sonra Türkiyəni təmkinli olmağa çağırıb [Video]

Accessibility links

  • Skip to main content
  • Skip to main Navigation
  • Skip to Search
  • Learning English
Dillər
Dünya

ABŞ hərbi çevriliş cəhdindən sonra Türkiyəni təmkinli olmağa çağırıb [Video]


  • Facebookda bölüş
  • Twitterdə bölüş
  • "В Контакте"də bölüş
  • "Google+"da bölüş
  • YouTube kanalımız
  • Dosta göndər

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan baş tutmayan hərbi çevrilişdən sonra ölkədə nəzarəti ələ alıb. Birləşmiş Ştatlar Türkiyəni təmkinli olmağa çağırıb. Obama administrasiyasının Ərdoğanın hərbi çevrilişin arxasında olduğunu iddia etdiyi müsəlman din adamının ekstradasiyası tələbinə münasibət bildirməyib.

Hökuməti dəstəkləyənlər prezident Rəcəp Tayyib Ərdoğana qarşı hərbi çevriliş cəhdinin baş tutmamasını qeyd etdikləri bir vaxt hadisədə şübhəli bilinən minlərlə hərbçilərin həbsi davam edir.

Con Kerri: “Hər şeyin nəzarət altında olduğu görünür.”

Ərdoğan hakimiyyəti qoruya bilib. Obama administrasiyası rəsmiləri təmkinli olmağa çağırıb.

Con Kerri: “Çevrilişi törətmək istəyənlər məsuliyyətə cəlb olunmalıdır. Lakin düşünürəm ki, hamını narahat edən şey çevrilişi törədənlərin cəzalandırılmasından çox ölkədə demokratiyanın bərqərar olmasıdır.”

Çevriliş hər iki ABŞ prezidentliyinə namizədinin diqqətini çəkib. Demokrat Hillari Klinton Türkiyənin demokratik şəkildə seçilmiş hökumətini dəstəklədiyini bildirib.

Donald Tramp: “Türkiyədə çox gözəl dostlarımız var. Biz onlara ən yaxşısın arzulayırıq. Onlar çətin vaxtdan keçir. Biz onlara müvəffəqiyyət arzulayırıq.”

Ərdoğan Birləşmiş Ştatlarda mühacirətdə yaşayan din adamı Fətullah Gülənin ekstradasiyasını tələb edir.

Con Kerri: “Onlar bizə sübutları nə qədər tez təqdim etsə, biz bunu dəyərləndirərik. Biz üzərimizə düşən vəzifəni yerinə yetirərik. Bizim insanların hüququnu qorumaqla bağlı ciddi qanunlarımız var.”

Gülən isə çevrilişdə əli olduğu iddiaları rədd edir.

Show comments

Back to top
XS
SM
MD
LG