This version of the page http://www.amerikaninsesi.org/a/ruzbeh-ana-dili/1846386.html (0.0.0.0) stored by archive.org.ua. It represents a snapshot of the page as of 2016-07-27. The original page over time could change.
Ruzbeh Səadəti: Minimum istəyimiz türk dilinin rəsmi olmasıdır [Audio]

Accessibility links

  • Skip to main content
  • Skip to main Navigation
  • Skip to Search
  • Learning English
Dillər
İran Azərbaycanı

Ruzbeh Səadəti: Minimum istəyimiz türk dilinin rəsmi olmasıdır [Audio]

  • Əlirza Quluncu

Ruzbeh Səadəti

  • Facebookda bölüş
  • Twitterdə bölüş
  • "В Контакте"də bölüş
  • "Google+"da bölüş
  • YouTube kanalımız
  • Dosta göndər

Ana dilində təhsil haqqı illərdir İranın qeyri-fars vilayətlərinin gündəmində olmaqla bərabər, həmin bölgələrdə kütləvi etiraz aksiyaların keçirilməsinə də səbəb olub. Ancaq bu günlərdə ana dili məsələsi artıq İran dövlətinin rəsmi qurumları arasında qızğın müzakirə mövzusu olub.

Güneydə yaşayan yazar və türk dili müəllimi Ruzbeh Səadəti Amerikanın Səsi ilə müsahibədə dövlət qurumları arasında gedən mübahisələri dəyərləndirib. Sabiq siyasi məhbus həmçinin Həsən Ruhani hökümətinin dil hüquqları ilə bağlı verdiyi sözlərində səmimi olub olmadığı, Fars dili və Ədəbiyyatı Akademiyasının ana dilinin tədrisi ilə bağlı söhbətlərə qarşı göstərdiyi sərt təpki, habelə bu mərhələdə Azərbaycan Milli Hərəkatı və türk fəallarının sərgilədiyi mövqe haqqında öz düşüncələrini bəyan edib.

Ruzbeh Səadətinin fikrincə, prezident Həsən Ruhani və onun qeyri-fars etnik qruplar və dini azlıqlarla bağlı məsələləri üzrə yardımçısı Əli Yunesinin qeyri-fars etnik qrupların haqları ilə bağlı verdiyi sözlərini indidən dəyərləndirmək olmaz və onların ciddi olub olmadığını anlamaq üçün bundan sonrakı prosesləri görmək lazimdir.

Güneyli yazar ana dili məsələsinin Ruhani Höküməti tərəfindən gündəmə gətirilməsini İranda qeyri-fars cəmiyyətlər arasında milli şuurun yüksəlməsi, bölgədə cərəyan edən siyasi dəyişikliklər və İran İslam Respublikasının içində olduğu siyasi şəraiti nəzərə alaraq izah edir.

Ana Dili Günü

“Əli Yunesinin ana dili və qeyri-fars etniklərin hüquqlarına dair sözlər verməsi hökümətin ona vermiş olduğu vəzifədən asılıdır. O, qeyri-fars etnik qruplar və dini azlıqlarla bağlı məsələlər üzrə prezident yardımçısıdr və bu növ sözlər verməsi normaldır,” deyə Səadəti söyləyib.

Ana dilində təhsilin önəmini göstərməli və türk dilini zənginləşdirməyə çalışmaq şəklində oyanış fəaliyyətlərinə davam etməliyik.
Milli fəal həmçinin bu növ sözlərin verilməsini Azərbaycanda yaşayan türklər arasında millətləşmə prosesinin yaxşı getdiyini göstərən bir əlamət kimi dəyərləndirir.

Ruzbeh Səadətinin sözlərinə görə, İran hakimiyyəti daxilində olan muxtəlif siyasi cərəyanlar qeyri-fars cəmiyyətlər və milli məsələ ilə bağlı eyni baxışı paylaşırlar. Ancaq, onlar bu “problem”dən qurtulmaq üçün fərqli yollara baş vururlar.

Güneyli fəal xüsusilə prezident Ruhani və onu dəstəkləyən sabiq prezident Ayətulla Əkbər Haşimi Rəfsəncani kimi fiqurların təmsil etdiyi siyasi cərəyanın qeyri-fars cəmiyyətlər ilə bağlı siyasətlərini dəyərləndirib.

Onun sözlərinə görə, bu cərəyanlar qeyri-fars cəmiyyətlər arasında milli şuurun yüksəlməsi və bu şuur üzərində bir siyasi gücün ortaya çıxdığını gördükləri üçün siyasətlərini bunu nəzərə alaraq yürüdürlər.

Ruzbeh Səadəti bu şuurun Azərbaycan bölgələri və umumiyyətlə İranda yaşayan türklər arasında nə şəkildə formalaşdığını açıqlayıb.

O, həmçinin qonşu ölkələr, o cümlədən Türkiyədə etnik azlıqlarla bağlı dövlətin rəsmi siyasətinin dəyişməsi və bu dəyişikliklərin İran üzərində də təsir buraxacağına diqqət çəkib.

Səadətinin fikrincə, Milli Hərəkat bu mərhələdə də keçmişdə olduğu kimi oyanış mahiyyətli fəaliyyətini davam etdirməlidir. Fəqət o, bu dönəmdə birliyin hər zamandakından daha çox zəruri olduğunu irəli sürüb. “Ana dilində təhsilin önəmini göstərməli və türk dilini zənginləşdirməyə çalışmaq şəklində oyanış fəaliyyətlərinə davam etməliyik,” deyə o qeyd edib.

“Bizim istədiyimiz türk dilinin rəsmi olmasıdır,” deyə vurğulayan Ruzbeh Səadəti bu istəyin Azərbaycan Milli Hərəkatının minimum tələbi olduğunu bəyan edib.

Mövzuya uyğun

  • İranda ana dilində tədrislə bağlı debatlar davam edir

  • Əli Yunesi: Ana dilinin tədrisi fars dilində olmalıdır

Back to top
XS
SM
MD
LG