This version of the page http://www.azadliq.mobi/a/27321213.html (0.0.0.0) stored by archive.org.ua. It represents a snapshot of the page as of 2016-05-29. The original page over time could change.
90-larda daha çox yaradıcı küləklər əsirdi

Keçid linkləri

  • Əsas məzmuna qayıt
  • Əsas naviqasiyaya qayıt
  • Axtarışa keç
Oxu zalı

90-larda daha çox yaradıcı küləklər əsirdi


Firudin Allahverdi

  • Facebook-da paylaş
  • Twitter-də paylaş

- "Dünyada neft qiymətinin düşməsi, beləliklə, ölkədə havayı qazanılan pulun azalmasının yaxın gələcəkdə cəmiyyətin yaradıcı potensialına müsbət təsiri olacağını gözləyirəm."

"Ölkədəki təhsil, o sıradan, musiqi təhsili gəncləri zəlil etməkdə davam edir."

"Xalq uşağını verir o professorların əlinə..."

Bu kitab mənə sanki zireh geyindirdi

Bəstəkar Firudin Allahverdi sənətdə yenilikçiliyi, müasirliyi ilə yanaşı, həm də maraqlı publisistikası, zəngin mütaliəsi ilə seçilən gənc intellektuallarımızdandır.

Amma daim qaynar, fəal olan gənc bəstəkar son bir neçə ildə sanki passivləşib və uzun müddətdir ki, publisistikadan da, sosial şəbəkələrdəki aktivliyindən də uzaq düşüb.

Bəstəkarın son dövrlərdəki passivliyinin səbəbi, onun yaradıcılığının nə yerdə olduğu və başqa şeylər barədə söhbət etdik.

Günel Mövlud

- Firudin, uzun zamandır çox sakitsniz. Həm yaradıcı, həm ictimai kontekstdə. Söhbətə belə başlayaq ki, son iki ildir nə ilə məşğulsunuz?

Firudin Allahverdi

- Elə təxminən iki ildir ki, irihəcmli musiqili səhnə əsəri üzərində işləyirəm.

Amma kiçikhəcmli əsərlər də yazdım bu son 2 ildə, bir neçə cizgi filminə, qısa filmə musiqi və sair.

- Bir musiqi adamı, ziyalı kimi gününüz necə başlayır, necə davam edir, necə bitir?

- Daimi işi olan adam sayılmadığım üçün günlər eyni zamanda həm bir-birinə bənzər, həm də fərqli olur.

Əsasən səhərlər bir-birinə bənzəyir: yuxudan dururam, çay dəmləyirəm, yemək yeyə-yeyə xəbərləri oxuyuram. Sonra baxır o gün nə işim var...

Ola bilər, teatrda məşq, ola bilər, kinostudiyada hansısa görüntüyə hansısa musiqinin oturdulması, ola bilər, heç yerə çıxmayım, oturum evdə, işimi görüm.

- Ölkədə sanki yaradıcı insanların bir depressiyası, süstlüyü hiss olunur. Bu, sizdə də varmı?

Firudin Allahverdi

- Dünyada neft qiymətinin düşməsi, beləliklə, ölkədə havayı qazanılan pulun azalmasının yaxın gələcəkdə cəmiyyətin yaradıcı potensialına müsbət təsiri olacağını gözləyirəm.

90-ların incəsənətini xatırlayanların əksəriyyəti razılaşar ki, o dövr havada daha çox yaradıcı küləklər əsirdi. Bir rəssam dostumla bu barədə danışanda o, iqtisadi monopoliya və yaradıcılıq arasında bağlılıq olduğunu dedi.

Bir malı təkcə sən istehsal, ya da idxal edirsənsə, onun reklamını çox da dərd etmirsən özünə: qohum-qardaşdan kim kompüterdə şəkil çəkə bilirsə, o, etiket düzəldir malına. Tender etmirsən və sair.

Yaradıcılığı doğuran əsas faktorlardan biri də rəqabətdirsə, mənzərə aydınlaşar.

- Bir çox yaradıcı dostların xarici ölkələrə oxumağa, işləməyə, yaşamağa getdilər. Siz bu barədə düşünürsünüzmü?

- Bir neçə dəfə xaricdə təhsil almağa cəhd etdim, amma maddi çatışmazlıq ucbatından alınmadı.

- Bir müddət sizin kino ilə əməkdaşlığınızdan gözəl mahnılar, film musiqiləri meydana çıxırdı. Bu əməkdaşlıq davam edirmi?

- Son illərdə daha çox cizgi filmlərinə musiqi yazası oldum, onların da auditoriyası kiçik yaşlı uşaqlardı, ümid edirəm bəyəniblər.

- 35 yaşınıza az qalıb. Bəstəkar, musiqiçi üçün bu, hansı yaşdır, bu yaşda artıq nələr edilməli, nələr yaşanmalıdır? Siz bu yaşda edilməli olanlardan hansıları etmisiniz?

- Bu yaşa qədər keyfiyyətli təhsil, kifayət qədər böyük təcrübə yığılmalıdır. Doğrusunu deyim ki, Bakı Musiqi Akademiyasındakı təhsilimi heç vaxt qənaətbəxş hesab etməmişəm.

Ölkədəki təhsil, o sıradan, musiqi təhsili gəncləri zəlil etməkdə davam edir.

Bir dəfə Akademiyadakı keçmiş professorlarımdan biri ilə rastlaşdım.

Nə etdiyimlə maraqlananda heç nə etmədiyimi, onların öyrətdiyi formaları bir-bir sayaraq bunların o divarlar xaricində heç kimə lazım olmadığını söylədim.

Təsəvvür edin ki, xalq uşağını verir o professorların əlinə, onlar da bu uşaqlara XIX əsr Avropa musiqisi yazmaq öyrədirlər. O da yalnız nəzəriyyə şəklində; praktika demək olar ki, olmur.

Mənim 2003-cü ildə yazdığım diplom işim yalnız 2011-ci ildə səsləndi. Bu, ümumiyyətlə, ölkədəki təhsil sisteminin, müstəqillik dövründə onun köklü şəkildə yenilənməməsinin günahıdır.

Mən isə düzünü desəm, indi 35 yaşın astanasında bəzən elə şey öyrənirəm ki, bunu tələbəlikdə öyrətməliydilər. Doğrudur, insan həyatı elə əvvəldən-axıradək öyrənməkdən, təcrübə yığmaqdan ibarətdir.

Amma yaxşı olardı, elə təhsil sisteminə malik olaq ki, 20 yaşda öyrənəcəyimizi 40 yaşımızda öyrənməyək.

Firudin Allahverdi

- Yaxınlarınız sizi həm də beyni sonsuz informasiya, mütaliə ilə dolu insan kimi tanıyırlar.

Zəhmət olmasa, son dövrdə meylləriniz, oxuduqlarınız, baxdıqlarınızı bizimlə də bölüşün.

- Gözəl xarakterizə üçün təşəkkürlər. Hobbim tarix oluğuna görə, əsasən bu mövzuda məlumatlar oxuyuram.

Onların da maraqlılarını zaman-zaman yazıram. Bəzən mətbuatda dərc olunur, bəzən sosial mediada yazmaqla kifayətlənirəm.

İndi vaxt tapsam, bu mövzuların bəzilərindən yazmağı düşünürəm. Biri xristianlığın erkən tarixi, o biri oğuzların tarixi seçimləri ilə bağlıdır.

O ki qaldı oxuduqlarımdan, son illərdə özüm üçün ən böyük tapıntım ingilis filosof Bertrand Russel oldu.

Bertrand Russell

Xüsusilə, onun "Qərb Fəlsəfəsinin Tarixi" kitabı.

Mən bir neçə il əvvəl də özümü din və xürafatdan arınmış hesab edirdim.

Amma Russel`in bu kitabından sonra başa düşdüm ki, yox, bəlkə də bir-iki il əvvəl kimsə məni miflərə, əfsanələrə inandıra bilərmiş, bu kitab isə mənə sanki zireh geyindirdi.

Russel`in bu kitabının digər fəlsəfə tarixi kitablarından fərqi bəşəriyyətin fikir tarixinin səbəb-nəticə ardıcıllığı ilə izah edilməsidir.

Özü də dediyi kimi, Platon və Rousseau haqqında ayrıca monoqrafiyalar oxuyan adam ola bilər ki, fikir tarixinin ordan bura necə gəldiyindən xəbərsiz olsun.

Ardıcıl, bir-birilərinə, həmçinin cəmiyyətə və əksinə göstərilən təsirlərin izahı bu kitabı misilsiz edir.

Mövzuya dair digər materiallar

  • Gördükləri iş Novruz bayramında şəkərbura yeməkdən o yana çıxmır

  • Qərbsayağı makiyaj və xalqlar haqda stereotiplər

Nəzərdən qaçırma

  • Cəmiyyət

    Daha bir faciəli cümhuriyyətçi həyatı - Murtuza Axundzadə

  • Cəmiyyət

    Pilot «Formula-1» trekində 4 dövrə vurdu

  • Cəmiyyət

    «"Xəzər Lənkəran"a qarşı ayrı-seçkilik edirlər»

  • Cəmiyyət

    Bəşəriyyət tarixində ən güclü vulkan püskürməsi

Back to top
XS
SM
MD
LG