This version of the page http://www.azadliq.mobi/a/25075780.html (0.0.0.0) stored by archive.org.ua. It represents a snapshot of the page as of 2016-05-29. The original page over time could change.
“Sağ” sağlamdır, “sol” da xəstə deyil

Keçid linkləri

  • Əsas məzmuna qayıt
  • Əsas naviqasiyaya qayıt
  • Axtarışa keç
Cəmiyyət

“Sağ” sağlamdır, “sol” da xəstə deyil


Share Left-Handers' Day - generic

  • Facebook-da paylaş
  • Twitter-də paylaş

.

Daisy Sindelar /// Zülfüqar Rüfətoğlu tərcümə etdi

Qazaxıstanın Temirlan kəndində böyüyən Dina hər gün səhvlərini düzəltməli olur.

O çəngəli sol əlinə alır. Bu vaxt kimsə çəngəli alıb onun sağ əlinə ötürür.

Məktəbdə də elə hey sol əli yazır. Müəllimlər onu məzəmmət edirlər: “qələmi normal əlinlə tut”.

“Mən sağ əlimlə də yazmağa çalışıram, amma alınmır, - deyir Dina, - mən sinfimizdə yeganə solaxay uşağam. Bu çox pisdir, çünki hamı məni “solaxay” deyib lağa qoyur. “Solaxay” Qazax dilində sol əli ilə iş görənlərə deyirlər, amma solaxaylar haqda çox sayda pis zərb-məsəllər də var”.

Dina bütün dünyada “sinistral” adlandırılan 900 milyon insandan biridir. “Sinistral”, yazmaq da daxil olmaqla əllə görülən işləri anadangəlmə sol əllə icra edən insanlara deyilir.

Anadangəlmə solaxaylar dünya əhalisinin 13 faizini təşkil edirlər.

Məhz buna görə də, Beynəlxalq Solaxaylar Günü hər il avqustum 13-də keçirilir. Lakin belə bir ehtimal var ki, solaxaylar, faiz etibarilə 13-dən çoxdurlar, sadəcə olaraq, onların bir çoxunu zorla necə deyərlər "sağaxay" ediblər. Çünki solaxaylığı bəziləri bir növ, şikəstlik, anormallıq və ya sadəcə olaraq bəduğurluq hesab edirlər.

Dil qərəzi

Keçmiş Sovet İttifaqında hamı eyni cərgədə olmalı idi və bu mənada solaxaylıq bir az da intizamsızlıq sayılırdı.

“Adamların bilikləri az idi, - deyir Moskvalı psixoloq Gennady Chikhanov, - uşaq sağ əli yazırsa, bu həm də rahatdır. Qələmi verirdilər və deyirdilər: “yaz”. Sovet İttifaqında hər şey belə idi”.

Bəziləri deyirlər ki, sağın soldan daha üstün sayılmasına həm də dini baxışlar və mədəniyyət təsir göstərib.

Bəzi dillərdə, məsələn, ingilis və rus dilində “sağ” həm də “doğru” və ya “haqlı” deməkdir. Rus dilində isə “sol” sözü həm də “saxta” və ya “qanunsuz” anlamına gəlir.

Sağ əl mərasimlərdə və həyatda daha mötəbər funksiyaya malikdir. Hərbçilər sağ əllə salam verir, möminlər xaçı sağ əllə çəkirlər. İslamda, məsələn, məsçidə yalnız sağ ayaqla qədəm qoyulmalıdır. Müsəlmanlara görə sol ayaqla yalnız ayaqyoluna qədəm basmaq olar.

Məhz bu cür inanclardır ki, solaxay uşaqların sağ ələ keçirilməsinə rəvac verir.

Elm isə solaxayların dinc buraxılmasının mühümlüyünü faktlarla isbat edir. Beyin iki yarımkürədən ibarətdir. Hər bir yarımkürə özünün müəyyən funksiyasına malikdir və əks tərəfdəki orqanların hərəkətəni nizamlayır. Sağ yarımkürə sol tərəfi, sol yarımkürə isə sağ tərəfi.

Bundan əlavə, beynin sol yarımkürəsi dil, riyaziyyat və rasional düşüncəyə və sol ələ nəzaərt edir. Sağ yarımkürə isə, əsasən yaradıcılıq, emosionallıqla bağlıdır və bədənin sol tərəfinə hakimdir.

Kamil solaxaylar

Uşağı əlini dəyişməyə məcbur etmək onun beynini çaşdırmaq deməkdir. Çünki beyin uzun müddət bədənin orqanları ilə kommunikasiya tapmaq üçün vurnuxmalı olur.

Bütün bu prosesdə məsələni qəlizləşdirən həm də budur ki, əsas əldən başqa, həm də əsas göz və əsas ayaq da var. Chikhanov əmindir ki, məhz buna görə də uşağı sağ əllə yazmağa məcbur etmək onun öyrənmə qabiliyyətini əngəlləyə və fəlakətli nəticələrə gətirib çıxara bilər.

“Əgər solaxay sağ əllə yazırsa, bu pisdir, - deyir Chikhanov, - çünki əli dəyişmək olar, lakin aparıcı göz, aparıcı ayaq olduğu kimi qalır. Odur ki, əlini dəyişməyə məcbur edilən uşaq daha çox fikir dağınıqlığına məruz qalır. O informasiyanı daha çətin əxz edir. Nəticədə uşaq əsəbi olur. Bütün bunlar onun məktəbdə uğur qazanmasına mane olur”.

Solaxaylığın pis bir şey olmadığına əmin olmaq istəyirsinizsə, dünyanın solaxay məşhurlarını yada salın: Leonardo da Vinci, Albert Einstein, Aleksandr Pushkin, Paul McCartney, Barack Obama və Martina Navratilova.

Belə şaiyələr də var ki, Rusiya prezidenti Vladimir Putin də gizli solaxaylardandır. Doğrudur, Rusiya lideri sənədləri sağ əli ilə imzalayır, lakin müəmmalı şəkildə saatını sağ qoluna bağlayır. Bundan əlavə onu həmdə sol əllə xaç çəkən də görüblər.

Nəzərdən qaçırma

  • İqtisadiyyat

    Samir Əliyev: «Hər 100 manatın 6.5 manatı geri qayıtmır»

  • İqtisadiyyat

    İ.Əliyev: «Milli iqtisadiyyat, hələ ki, tənəzzülə uğrayır»

  • İqtisadiyyat

    Bakıdakı o məşhur ünvanda daha bir "sirli" şirkət quruldu

  • İqtisadiyyat

    Qazaxıstandan neft gəlib, ya gəlməyib?

Back to top
XS
SM
MD
LG