This version of the page http://www.amerikaninsesi.org/a/dak_sabir/1595347.html (0.0.0.0) stored by archive.org.ua. It represents a snapshot of the page as of 2016-09-16. The original page over time could change.
Sabir Rüstəmxanlı: Güney Azərbaycan mühacirət hökuməti və parlamenti yaradılır [Video]

Accessibility links

  • Skip to main content
  • Skip to main Navigation
  • Skip to Search
  • Learning English
Dillər
Azərbaycan

Sabir Rüstəmxanlı: Güney Azərbaycan mühacirət hökuməti və parlamenti yaradılır [Video]

  • Tapdıq Fərhadoğlu

  • Facebookda bölüş
  • Twitterdə bölüş
  • "В Контакте"də bölüş
  • "Google+"da bölüş
  • YouTube kanalımız
  • Dosta göndər

Mühacirət hökuməti yaxın zamanda elan ediləcək. DAK İdarə Heyəti məsələni geniş müzakirə edib

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Amerikanın Səsi radiosuna video müsahibəsində qurumun idarə heyətinin yanvarın 18-19-da Frankfurtda keçirilən toplantısının yekunlarından danışıb.

Frankfurt toplantısında İranda və Güney Azərbaycanda baş verən son hadisələr əsas müzakirə mövzusu olub.

DAK İdarə Heyətinin toplantısı BMT baş katibi Pan Gi Mun, ABŞ prezidenti Barak Obama, Gürcüstanın baş naziri Bidzina İvanişvili və dünya ictimaiyyətinə müraciət edib. Urmiya gölündəki ekoloji fəlakətlə bağlı bəyanat yayıb.

“Toplantıda həmçinin bölgədəki ictimai-siyasi durum, İranda işgəncələr, Rusiyada, Gürcüstanda, İraqda və Suriyada azərbaycanlıların son durumu ilə bağlı müzakirələr apardıq”, deyə o qeyd edib.

DAK İdarə Heyəti İranda yaşayan azərbaycanlıların mühacirət hökumətinin və parlamentinin yaradılması məsələsini də geniş müzakirə edib.

“Biz Güney Azərbaycan siyasi Partiyalarının, ictimai-siyasi xadimlərinin daxil olacağı mühacirət hökuməti və parlamenti üzərində işlərimizi davam etdiririk. Hökumət və parlament yaxın zamanlarda elan ediləcək”, deyə DAK həmsədri bəyan edib.
Qurum qarşıdakı aylarda Avropa parlamentlərində və Amerikada görüşlər keçirəcək.

“Bununla yanaşı, İran müxalifəti və milli, etnik azlıqların nümayəndələri ilə də görüşləri davam etdiririk”, deyə o bildirib.

2013-cü ilin oktyabrında Gülüstan sülh müqaviləsinin 200 ili tamam olur. DAK il ərzində Rusiya və İran arasında bağlanmış müqavilənin hüquqi qüvvəsini itirməsi, bu müqavilə nəticəsində Azərbaycan xalqının ikiyə bölünməsi ilə bağlı konfranslar keçirəcək. Nəhayət bu ilin oktyabrında beynəlxalq konfrans təşkil ediləcək.
DAK həmsədri Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlının Azərbaycan və Türkiyəyə buraxılmamasının səbəbləri barədə suala da cavab verib.

DAK həmsədri deyib ki, Mahmudəli Çöhrəqanlının Azərbaycana buraxılması ilə bağlı Azərbaycan prezidentinə müraciət edib.

“Amma hələ müraciətinə cavab ala bilməmişəm”, deyə o qeyd edib.
  • Tapdıq Fərhadoğlu

    LIKE Subscribe

Mövzuya uyğun

  • 21 Azər Hərəkatının 67-ci ildönümüdür [Video]

  • İran Xarici İşlər Nazirliyinin sözçüsü Dünya Azərbaycanlıları Konqresinin konfransı və pilotsuz təyyarələrdən danışıb

  • Okeanın o tayında Arazın o tayı [Mövqelər]

  • Əjdər Tağızadə: İran islam rejimi vətəndaşlarına qarşı Bəşər Əsəd rejimindən də qəddardır [Audio]

  • Sabir Rüstəmxanlı: İranda zəlzələdə həlak olan azərbaycanlılara deyil, Bəşər Əsədə dualar oxunur [Audio]

  • Əjdər Tağızadə: Azərbaycanın istiqlaliyyətinin dönməzliyi İranı qıcıqlandırır (Audio)

  • İranın Bakıdakı səfirliyinin qarşısında piket keçirilib (VİDEO)

  • Sabir Rüstəmxanlı: İranın Azərbaycana münasibəti səmimi deyil (Audio)

Show comments

Back to top
XS
SM
MD
LG