This version of the page http://www.amerikaninsesi.org/a/3480154.html (0.0.0.0) stored by archive.org.ua. It represents a snapshot of the page as of 2016-09-16. The original page over time could change.
Babək Çələbiyanlı: Ettelaat deyir Səyyad Nejadəlini səhvən öldürmüşük [Audio-Müsahibə]

Accessibility links

  • Skip to main content
  • Skip to main Navigation
  • Skip to Search
  • Learning English
Dillər
İran Azərbaycanı

Babək Çələbiyanlı: Ettelaat deyir Səyyad Nejadəlini səhvən öldürmüşük [Audio-Müsahibə]

  • Əlirza Quluncu

Babək Çələbiyanlı

  • Facebookda bölüş
  • Twitterdə bölüş
  • "В Контакте"də bölüş
  • "Google+"da bölüş
  • YouTube kanalımız
  • Dosta göndər

Avqustun 20-də Xudafərin şəhərində öldürülən milli fəal Səyyad Nejadəlinin hansı səbəblər üzündən İran təhlükəsizlik qüvvələrinin hücumuna məruz qaldığı hələ açıqlanmayıb. Əslən olayın baş verdiyi Novruzlu (Həsrətan) kəndindən olan və hazırda ABŞ-da yaşayan fəal Babək Çələbiyanlı Amerikanın Səsinə müsahibədə mövzu ilə bağlı əldə etdiyi məlumatı paylaşıb.

Babək Çələbiyanlı doğma kəndində baş verənləri öyrənmək üçün Novruzlu sakinlərindən bir neçəsi ilə təmas qurub. Əhali mülki geyimli qüvvələrin kəndə girişindən sonra baş verənlərdən, o cümlədən milli fəalın öldürülməsi olayından xəbərdar olsalar da təhlükəsizlik qüvvələrinin hansı səbəbdən kəndə hücum etdiyinə dair məlumat sahibi deyillər.

Səyyad Nejadəli

Araz News veb səhifəsinin əməkdaşının söylədiklərinə əsasən, evində axtarış aparan məmurlarla qarşıdurmadan sonra Səyyad Nejadəli qonşulardan yardım istəməyə çalışdığı zaman evin ətrafında yerləşmiş məmurlar tərəfindən öldürülüb.

“Mülki geymililər kim olduqlarını deməyiblər. Səyyadla yaxalaşıblar. Səyyad bunların əlindən pəncərədən eşiyə atılır və qonşulara deyir, gəlin burada bizi incidirlər. Evin qapısında gözləyən qüvvələr varıymış, onlar Səyyada atəş edib,” deyə Çələbiyanlı söyləyir.

O, deyir ki, “kənd əhalisi bilmir məmurlar niyə Səyyadı axtarıb. Bunu məsullardan soruşurlar. Nədir bu cinayətin səbəbi? Bu adamda nə var imiş? Məsullar öncə deyiblər ki, bunda qaçaq əşya var imiş və buna görə evə hücüm edilib. Sonra bunun yalan olduğu ortaya çıxıb. Sonra Ettelaat Səyyadı səhvən vurduğunu deyib...”

Mülki geymililər kim olduqlarını deməyiblər. Səyyad ilə yaxalaşıblar. Səyyad bunların əlindən pəncərədən eşiyə atılır və qonşulara deyir, gəlin burada bizi incidirlər. Evin qapısında gözləyən qüvvələr varıymış, onlar Səyyada atəş edib.

Öldürülən fəalın ailəsi onu qətlə yetirən məmurlardan məhkəməyə şikayət ediblər. Amma, Babək Çələbiyanlının fikrincə, məsullar mövzunu səssizcə yatışdırmaq istəyirlər:

“Onlar bu məsələnin əslini gizlətmək istəyir. Məmurların nədən evə hücum etdiyinə dair ailəyə indiyədək heç nə deməyiblər. Nəzərə gəlir ki, ailəyə pul verib məsələnin üstünü örtmək istəyirlər. Ailəni razı salıb şikayətdən imtina etdirməyə çalışırlar.”

Babək Çələbiyanlının bildirdiyinə görə, Səyyad Nejadəli mədəni fəaliyyətlərlə məşğul olub. O, 2006-cı ilin mayında baş qaldıran kütləvi etirazlarda tutulub və bir həftə nəzarət altında saxlanılıb.

Güneyli siyası təşkilatlar və insan haqlarını müdafiə edən qruplar keçmiş illərdə İran Azərbaycanında tanınmış bəzi türk fəalların “şübhəli” ölümləri haqda bəyanatlar yayıblar. Bu qrupların dediyinə görə İran höküməti bəzi fəalları qətlə yetirib, ancaq ölümlərin qəza nəticəsində baş verdiyini göstərməyə çalışıb.

İran Azərbaycanında müəmmalı şəkildə dünyasını dəyişən bəzi türk fəallar bunlardır:

  • Tarixçi, dilçi və pedaqoq Prof. Məhəmməd Tağı Zehtabi 1998-ci ilin dekabrında Təbrizin yaxınlığında Şəbistər şəhərindəki evində ölmüş halda tapıldı.
  • 2008-ci ilin iyununda, türk fəal Fərhad Möhsüni Nigaristanın cənazəsi Təbrizdə El Gölü parkında tapıldı. Cənazə tapılandan neçə gün əvvəl, hüquq müdafiəçiləri onun təhlükəsizlik məmurları tərəfindən tutulduğunu və ailəsinin harada saxlandığını bilmədiyini xəbər vermişdi.
  • Tanınmış fəal Qulamrza Əmani və iki qardaşı 2008-ci ilin oktyabr ayında avtomobil qəzası nəticəsində həyatlarını itirdilər. Əmani daha öncə fəaliyətləri üzündən ömrünün təqribən beş ilini Təbriz zindanında keçirmişdi.
  • Tanınmış fəal Çingiz Bəxtavər 2009-cu il, dekabrın 27-də Təbriz elektrik stansiyasındakı iş otağında cansız halda tapılmışdı. Ailəsi və bir neçə siyasi təşkilat milli fəalın müəmmalı şəraitdə öldüyünü deyiblər.
  • Tanınmış fəal İbrahim Cəfərzadə və həyat yoldaşı kiçik qızları ilə birlikdə, sentyabr 2011-ci ildə, Xoy şəhəri yaxınlığında avtomobil qəzası nəticəsində öldülər. Cəfərzadə ömrünün son 10 ilində ən azı beş dəfə həbs edilmişdi. Onun həyat yoldaşı Mina Kəhrübayi də milli fəal idi.

Mövzuya uyğun

  • Xudafərin şəhərində milli fəalın güllələnərək öldürüldüyü bildirilir

  • Babək Çələbiyanlı: ‘İranda türklər hakimiyyətdədir’ ifadəsi propaqandadır [Audio-Müsahibə]

Show comments

Back to top
XS
SM
MD
LG