This version of the page http://www.amerikaninsesi.org/a/turkey-jurnalist/3437039.html (0.0.0.0) stored by archive.org.ua. It represents a snapshot of the page as of 2016-08-06. The original page over time could change.
Türkiyədə jurnalistlərə basqılar artır

Accessibility links

  • Skip to main content
  • Skip to main Navigation
  • Skip to Search
  • Learning English
Dillər
Dünya

Türkiyədə jurnalistlərə basqılar artır


  • Facebookda bölüş
  • Twitterdə bölüş
  • "В Контакте"də bölüş
  • "Google+"da bölüş
  • YouTube kanalımız
  • Dosta göndər

Türkiyədə əlavə onlarla jurnalistin həbsinə sanksiya verilib. Onlar çevrilişi planlaşdırdığı iddia edilən Fətullah Gülənlə əlaqədə günahlandırılır.

Bu gun bir jurnalist nəzarət altına alınıb. Zaman qəzetinin 47 sabiq işçisinin həbsinə göstəriş verilib. Qəzet mart ayında məhkəmənin hökmü ilə hökumətin nəzarətinə verilib və onun baş qərargahına dəfələrlə reydlər keçirilib.

Zaman dini hərəkatın lideri Gülənlə sıx əlaqədə idi. Dövlətin nəzarətinə keçdikdən sonra bu mətbuat orqanı hökumətyönümlü yazıları ilə tanınmağa başlayıb.

Bu həftənin əvvəlində 42 jurnalistin həbsinə göstəriş verilib, onların 16-sı artıq nəzarət altındadır.

Jurnalistlərə qarşı basqılar 300 nəfərin ölümünə səbəb olan çevriliş cəhdindən sonra gücləndirilib.

Amnesty International iyul ayının 15-dən çevrilişlə əlaqədar 10 mindən çox adamın həbs edildiyini bildirir.

Show comments

Back to top
XS
SM
MD
LG