This version of the page http://www.amerikaninsesi.org/a/riza-heyet/3404410.html (0.0.0.0) stored by archive.org.ua. It represents a snapshot of the page as of 2016-07-28. The original page over time could change.
Məhəmməd Rza Heyət: Belə bir təsisata ehtiyac var idi [Audio-Müsahibə]

Accessibility links

  • Skip to main content
  • Skip to main Navigation
  • Skip to Search
  • Learning English
Dillər
İran Azərbaycanı

Məhəmməd Rza Heyət: Belə bir təsisata ehtiyac var idi [Audio-Müsahibə]

  • Əlirza Quluncu

Məhəmməd Rza Heyət

  • Facebookda bölüş
  • Twitterdə bölüş
  • "В Контакте"də bölüş
  • "Google+"da bölüş
  • YouTube kanalımız
  • Dosta göndər

Aprel ayında Ankarada fəaliyyətə başlayan Təbriz Araşdırmaları İnstitutu İranda türk toplumuna dair müxtəlif mövzularda elmi proqramlar hazırlayır. Qurumun başqanı Məhəmməd Rza Heyət Amerikanın Səsi ilə söhbətdə institutun hansı ehtiyaclara cavab olaraq təşkil edildiyini və üzərində fəaliyyət göstərəcəyi sahələri şərh edib. O, qurumun düşüncə mərkəzi kimi dizayn edildiyini və İrandakı “türklər və türklərlə əlaqədə olan millətlərin mədəni, ictimai, siyasi və iqtisadi həyatını araşdırmaq və nəticələrini nəşr etmək” hədəfi istiqamətində fəaliyyət göstərdiyini bildirib.

Yəni bizim haqqımızda olan bir bilgi yalan olsa belə Qərbdə bir qəzetdə ya media orqanında yayılarsa etibar qazanır və digər ölkələr də ondan yararlanır.

Ankara Universiteti müəlliminin sözlərinə görə, institutun mövcudluğu iki əsas ehtiyacdan doğub: "Birincisi, modern dünyada sivil toplum quruluşları qurmaq ya qurulmuş olanlarla çalışmaq artıq bir zərurət sayılır. Hər nə qədər fərdi çalışmağın bəlli üstünlükləri olsa da, təsir baxımından sivil toplum quruluşları daha faydalıdır."

Heyətin sözlərinə görə belə bir institut vətəni müxtəlif səbəblər üzündən tərk etmək məcburiyyətində qalmış insanlar üçün də böyük önəm daşıyır. Mühacirlərin fərqdi fəaliyyəti fonunda qurum çərçivəsində səylərin həyata keçirilməsi, onun fikrincə, daha effektiv olur.

"Ayrıca sivil toplum quruluşları insanları birlikdə çalışmağa və birlikdə qərar verməyə məcbur edir, istər istəməz kollektiv çalışmağa yönləndirir. Kollektiv çalışmağı bilən toplumlar və millətlər hər zaman başarılı olur,” Heyət deyir.

Qurumun başqanı İran Azərbaycanı və İranın digər bölgələrində yaşayan türklər haqqında beynəlxalq ictimayyətə məlumat çatdıran etibarlı qurumların mövcud olmadığını önə çəkərək Təbriz Araşdırmaları İnstitutunun bu ehtiyaca cavab vermək üçün fəaliyyət edəcəyini söyləyir:

Fərdi fəaliyyətlərdə kimsə sizi dinləmir, dərdinizi anlatdığınız zaman kimsə onu toplumun bir məsələsi kimi görmür.

“Yurd dışında yaşayan türklər olaraq bizim bir mərkəzə ehtiyacımız var. Bəzi Qərb ölkələri xaric, digər ölkələrin haqqımızda bilgiləri ikinci əl bilgilərdir. Yəni bizim haqqımızda olan bir bilgi yalan olsa belə Qərbdə bir qəzetdə ya media orqanında yayılarsa etibar qazanır və digər ölkələr də ondan yararlanır. Halbuki, özümüzün ciddi araşdırma mərkəzlərimiz olsa doğrü bilgiləri və araşdırma nəticələrini biz birinci əldən dünya mediasına verə bilərik.”

Türkoloq alim institutun mədəniyyət, iqtisad, toplum və siyasət kategoriyalarında həmin sahələrin ekspertləri ilə əməkdaşlıq edərək fəaliyyət göstərdiyini bildirir.

Təbriz Araşdırmaları İnstitutu bu istiqamətdə ekspertlər və alimlərin iştirakı ilə “İranda Türklərə Yönəlik Aşağılama və Etnik Öfkə” və “Qarabağ Sorunu və İran” adlı konfrans/müzakirə proqramları təşkil edib.

Mövzuya uyğun

  • Güneydə ‘meyar dil’ - ‘Təbriz ağzı’ və ‘İstanbul Türkcəsi’ mövzuları [Audio-Müsahibə]

  • M.Rza Heyət: Türkcəni yox etməyə çalışan sistem Türk Dil Qurumu açdırmaz [Audio]

Show comments

Back to top
XS
SM
MD
LG