This version of the page http://www.azadliq.mobi/a/24559991.html (0.0.0.0) stored by archive.org.ua. It represents a snapshot of the page as of 2016-06-16. The original page over time could change.
Prezidentin qol saatı… [VİDEO]

Keçid linkləri

  • Əsas məzmuna qayıt
  • Əsas naviqasiyaya qayıt
  • Axtarışa keç
İşdən sonra

Prezidentin qol saatı… [VİDEO]


  • Facebook-da paylaş
  • Twitter-də paylaş

-

İlham Əliyevin qol saatı barədə prezidentin mətbuat xidmətinin dediklərinə jurnalistlər Zamin Hacı və Elçin Şıxlı münasibət bildiriblər.

Aprelin 24-də «Azadlıq» qəzeti bloqçu Vəfa Cəfərovanın prezidentin saatı ilə bağlı sosial şəbəkədə yaydığı fikirləri əsasında yazı dərc edib. Yazıda iddia olunur ki, prezidentin qolundakı saatın dəyəri 800 min dollardır və bu saatdan dünyada cəmi 30 ədəddir.

Azərbaycan prezidentinin mətbuat xidməti bildirir ki, əgər «Azadlıq» qəzeti prezidentin saatı barədə yazdıqlarına təkzib verib həm də dövlət başçısından üzr istəməsə qəzet məhkəməyə veriləcək. Mətbuat xidməti qəzetin təkzib və üzr istəməsi üçün 3 gün vaxtı olduğunu bildirmişdi.

Aprelin 25-də «Azadlıq» qəzeti İlham Əliyevin saatıyla bağlı məlumata təkzib verməyib. Qəzet sadəcə, izahat verib: «Prezidentin mətbuat xidmətinin təkzib etdiyi məlumatın mənbəyi redaksiya deyil. Məlumat bloqqer Vəfa Cəfərovanın bloqundan götürülüb».

Qəzet həmçinin bildirib ki, bu məlumatın dərcində heç bir qərəz güdməyib, yalnız onun maraqlılıq dərəcəsini nəzərə alıb.

Mövzuya dair digər materiallar

  • İlham Əliyev «Azadlıq» qəzetini məhkəməyə verə bilər

  • Prezidentin mətbuat katibi: «Biz tələblərimizi demişik, əlavə şərhə ehtiyac yoxdur»

  • İsa Qəmbər və Əli Kərimlinin qol saatları neçəyədir?

Şərhləri göstər

Back to top
XS
SM
MD
LG