This version of the page http://www.amerikaninsesi.org/a/media/3345591.html (0.0.0.0) stored by archive.org.ua. It represents a snapshot of the page as of 2016-06-07. The original page over time could change.
Xədicə İsmayıl: Həbsxanadan qorxub mübarizədən çəkinmək lazım deyil [Video]

Accessibility links

  • Skip to main content
  • Skip to main Navigation
  • Skip to Search
  • Learning English
Dillər
Azərbaycan

Xədicə İsmayıl: Həbsxanadan qorxub mübarizədən çəkinmək lazım deyil [Video]

  • Tapdıq Fərhadoğlu
  • Pərvanə Bayramova

  • Facebookda bölüş
  • Twitterdə bölüş
  • "В Контакте"də bölüş
  • "Google+"da bölüş
  • YouTube kanalımız
  • Dosta göndər

Jurnalistin ilk müsahibəsi

Həbsxana maraqlı təcrübə idi, dəhşətli bir şey deyil. Həbsxanadan qorxub mübarizədən, haqlı bildiyin şeylərdən çəkinmək lazım deyil.

Həbsxana da təcrübə kimidir. Adamı zənginləşdirir. Bundan sonra dayandığım yerdən başlayacam və işimi davam etdirəcəm. İndi daha da qabiliyyətliyəm. Orada ispan dilini öyrənməyə başladım. Bu o deməkdir ki, ofşordakı sənədləri orjinaldan oxuya biləcəm.

Beynəlxalq ictimaiyyətə sözünüz nədir? Amerikanın Səsinin sualını cavabında Xədicə İsmayıl deyib.

“İnsan haqları uğrunda mübarizə açıq və şəffaf olmalıdır. Xüsusilə İnsan haqları ayıb bir mövzu deyil ki, bu barədə bağlı qapılar arxasında danışılsın. Məyus edir ki, dövlət başçıları bu barədə açıq danışmaqdan çəkinirlər. Ümid edirəm ki, nə vaxtsa elə bir gün gələcək ki, dövlət başçıları insan haqları mövzusunu öz diplomatik görüşlərində piroritet və bir nömrəli məsələ edəcəklər. Bu barədə danışmaqdan utanmayacaqlar. Amma, mən beynəlxalq təşkilatlara öz minnətdarlığımı bildirmək istəyirəm. Çünki onlar Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı heç bir maraqları olmadan, heç bir xususi gözləntiləri olmadan onların hüquqlarını qorumaqdan ötrü çalışırlar. Və mən istərdim ki, bizim üçün davam edən mübarizə bundan sonra da davam eləsin. O qədər də məşhur olmayan məhbuslar var. İşgəncə görürlər, siyasi məhbuslar var ki, onların adları o qədər də mətbuatda səslənmir və beynəlxalq səviyyədə işlənmir.

İstərdim ki, o adamların beynəlxalq gündəmə gətirilmələri üçün hamımız bir yerdə çalışaq.

Jurnalist Ali Məhkəmənin qərarı ilə razı deyil.

"Mən ədalətin tam bərpa olunması üçün çalışacam. Avropa Məhkəməsinə də müraciət edəcəyəm", o qeyd edib.

  • Tapdıq Fərhadoğlu

    LIKE Subscribe

Show comments

Back to top
XS
SM
MD
LG