This version of the page http://www.azadliq.mobi/a/27638072.html (0.0.0.0) stored by archive.org.ua. It represents a snapshot of the page as of 2016-04-06. The original page over time could change.
Azərbaycan nefti. Moskvada toy: Lopezə 5 milyon...

Accessibility links

  • Əsas məzmuna qayıt
  • Əsas naviqasiyaya qayıt
  • Axtarışa keç
Cəmiyyət

Azərbaycan nefti. Moskvada toy: Lopezə 5 milyon...


Jennifer Lopez - Album cover "A.K.A."

  • Facebook-da paylaş
  • Twitter-də paylaş

Martın 26-da Moskvada, azərbaycanlı oliqarx Telman İsmayılovun məşhur “Safisa” şadlıq sarayında Azərbaycanda neft biznesi olan inquş milyarder Mikhail Gutseriyevin oğlunun toyu olub.

“Lifenews” xəbər verir ki, toya 600-dən çox qonaq qatılıb.Qonaqları əyləndirmək üçün məşhur müğənnilər - Beyonce, Jennifer Lopez, Sting, Elton John , Enrike İqlesias, Patricia Kaas səhnəyə çıxıblar.

“Russneft” şirkətinin prezidenti olan Mikhail Gutseriyev Jennifer Lopez 5, Elton Johna 7 milyon avro qonorar verib.

Mikhail Gutseriev

GUTSERİYEV VƏ AZƏRBAYCAN NEFTİ

Virtual.az yazır ki, Gutseriyevin kiçik oğlu Çingizxan 2007-ci ildə Moskvada müəmmalı avtomobil qəzasında həlak olub. Həmin vaxt Gutseriyev prezident Vladimir Putinin qəzəbinə tuş gəlmişdi Rusiyadan qaçmalı olmuşdu. Məlumatlara görə onun qəzəbə gəlməsinin səbəbi İnquşetiyada siyasətə “burnunu soxması” olmuşdu. Gutseriyev barəsində cinayət işinin qaldırılmasından xəbər tutaraq tələsik Rusiyadan qaçıb. Bir neçə gün sonra oğlu Çingizxan müəmmalı qəzada həlak olub.

İnquş milyarder həmin vaxt Azərbaycanda da neft işinə girişmişdi və “Hövsan-Zığ” və “Zığ” yataqlarının istismarına dair ARDNŞ-lə müqavilə bağlamışdı.

Oğlunun həlak olmasını eşidən Gutseriyev onunla vidalaşmaq üçün Rusiyaya qayıda bilmədi. Nüfuzlu adamların işə qarışmasından sonra cənazə Bakıya gətirildi və Qutseriyev oğlu ilə Bakıdakı “Göy Məscid”də təşkil olunan yas mərasimində vidalaşmalı oldu. Daha sonra cənazə Bakıdan İnquşetiyaya aparılaraq dəfn olundu. Gutseriyev isə bir müddət Bakıda gizləndikdən sonra Londona getmişdi. Biznesmen orada yeni şirkət təsis edərək Azərbaycanda və digər ölkələrdə neft biznesini genişləndirib.

2008-ci ildə onun Londonda qurduğu offşor şirkət “Global İnvestment Energy” (sonradan bu şirkət “Naftis”in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik olan iki şirkətin səhmlərini alıb. Söhbət “Mişovdağ” və “Kəlaməddin” yataqlarının operatoru “Karasu Operating Companu”nin 85, “Padar” və “Harami” yataqlarının operatoru “Kura Valley Operating Companu”nin 80 faizlik paylarından gedir.

YENƏ XOŞUNA GƏLMƏYƏ BİLƏR

Virtual.az ehtimal edir ki, indi , Rusiyada iqtisadi çətinliklərin yaşandığı bir vaxtda Gutseriyevin böyük oğluna Moskvada bu cür dəbdəbəli toy etməsi yenə də Kremlin xoşuna gəlməyə bilər.

Nəzərdən qaçırma

  • İqtisadiyyat

    Fermerlər bir az gec sevinəcək?

  • İqtisadiyyat

    Maliyyə Nazirliyi 15 milyon borc aldı

  • İqtisadiyyat

    Azərbaycanın iqtisadi artım proqnozu salına bilər

  • İqtisadiyyat

    Mərkəzi Bankın valyuta ehtiyatı nəyin hesabına artıb?

Şərhləri göstər

Back to top
XS
SM
MD
LG