This version of the page http://www.azadliq.mobi/a/1877065.html (0.0.0.0) stored by archive.org.ua. It represents a snapshot of the page as of 2016-03-28. The original page over time could change.
«Gənclərin həbsi Azərbaycanda hökumətə tənqidi yanaşanlara sərt mesaj oldu»

Accessibility links

  • Əsas məzmuna qayıt
  • Əsas naviqasiyaya qayıt
  • Axtarışa keç
Siyasət

«Gənclərin həbsi Azərbaycanda hökumətə tənqidi yanaşanlara sərt mesaj oldu»


  • Facebook-da paylaş
  • Twitter-də paylaş

«Emin Milli və Adnan Hacızadənin həbsi Azərbaycanda ifadə azadlığı sahəsində geriyə doğru addımdır».

Human Rights Watch təşkilatının bəyanatında deyilir ki, Azərbaycanda tənqidi və satirik şərhlərə görə jurnalistlərin saxta ittihamlarla cəzalandırılmasının çoxdankı təcrübəsi var.

Təşkilatın Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Goqia bildirib ki, «Milli və Hacızadəyə qarşı proses də buna nümunədir».

Qoqia əlavə edib ki, «gənclərin həbsi Azərbaycanda bloqçulara və hökumətə tənqidi yanaşanlara sərt mesaj vermiş olur. Bu Azərbaycanda hökumətin ifadə azadlığına qarşı artan ədavətini əks etdirir».

Human Rights Watch Azərbaycan hökumətini bloqçuların apelyasiya şikayətini hərtərəfli araşdırmağa çağırır.

Noyabrın 11-də bloqçular Emin Milli və Adnan Hacızadəyə 2 il yarım və 2 il iş kəsilib.

MÖVZUYA MÜNASİBƏTİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ

Mövzuya dair digər materiallar

  • Freedom House bloqcuların həbsini kəskin pisləyib

  • «Eşşəklə zarafat edən bloqqerlər cəzalandırıldı»

  • «Susmaq qorxudan daha əzablıdır»

  • Bloqqerlərə ağır cəza verildi

  • Azərbaycanda rejimi tənqid edənlərin həbsinə etiraz

Nəzərdən qaçırma

  • Cəmiyyət

    Saat neçədir?

  • Cəmiyyət

    Azərbaycan nefti. Moskvada toy: Lopezə 5 milyon...

  • Cəmiyyət

    Film kimi həbs…

  • Cəmiyyət

    "Tel-Əviv hava limanında onları dayandırardılar"...

Back to top
XS
SM
MD
LG