çərşənbə günü, 16 Mart, 2016 Yerli vaxt 15:52
Audio menyusu
Multimedia

 Amerikana
 Şoubiz
 Dünyaya baxış
 Videolarımız
 Amerika İcmalı
Canlı Yayım

    Siyasət

    Bloq: Seçki qutusu yoxsa güllə qutusu

    Müvafiq məqalələr

    •  Bloq: Demokratiya Ləyaqəti
    • Bloq: Bayraqları bayraq yapan...
    • Bloq: Geridəqalmış Cəmiyyətin Əxlaqi Əsasları
    Əsgər Möhsümoğlu
    ABŞ-da seçkilərin ən maraqlı məqamlarından biri də təslim çıxışıdır.  Məğlub namizəd rəsmən seçki gecəsi nitq söyləyib rəqibini təbrik etməyincə səsvermə bitmiş hesab olunmur.  Qalib namizəd də qələbə nitqini təslim çıxışından sonra verir.  Səsvermənin özü kimi, bu çıxışlar da bir ritualdır.  Kifayət qədər mühüm bir ritual.  Məsələn 2000-ci il seçkilərində Corc W. Buşla Al Gore üz-üzə gələndə təslim çıxışı olmamışdı.  Prezidentliyin taleyi səsvermədən bir neçə gün sonra qeyri-müəyyən qalmışdı.  Amma bu növ hallar istisna təşkil edir.  Seçki günü təslim çıxışına olan gözləntilər namizədlərin üzərinə məğlubiyyətlərini etiraf etməsi və xalqın parçalayıcı seçki mövsümü arxada qoyması üçün həm də bir təzyiq mexanizmidir.  Heç kimə təslim çıxışı etmək xoş gəlmir.  Bütün ictimaiyyət qarşısında uduzduğunu etiraf etmək, rəqibinin səndən daha çox səs topladığını demək asan deyil.  Amma etməlisən!  Bütün cəmiyyətin, hətta öz tərəfdarlarının da iradəsi bunu diktə edir.

    Mənim bir dostum seçkiləri müharibəyə bənzədir.  Onun sözlərinə görə səsvermə əslində sivil müharibədir – ingiliscədən birbaşa tərcümə ilə desək (civil war), vətəndaş müharibəsidir.  Bu müharibəni şərtləndirən odur ki, insanlar siyasi rəhbərliyi güllələrlə yox, dinc səsvermə ilə müəyyən edirlər.  Hamı razılaşır ki, prezident neytral qaydalarla tənzimlənən prosesdə müəyyən edilsin.  Bunun deyilməyən tərəfi isə odur ki, əvəzində hamı silaha sarılmağı alternativ kimi kənara qoyur.  İngiliscə “bullet box, not ballot box” ifadəsi də buradan meydana gəlib.  Hərfi anlamı budur ki, insanlar siyasi gələcəyi güllə qutusunda yox, seçki qutusunda həll etməyə üstünlük verirlər.  Bu baxımdan səsvermə sadəcə ağıllı nəzəriyyə yox, cəmiyyətdə qan axıdılmasını qarşısını almaq üçün praktiki bir mexanimzdir.  Elə bir mexanizm ki, məsələn, Suriyada o yoxdur.

    Onu da nəzərdən qaçırmaq olmaz ki, cəmiyyətdə sülhün və sabitliyin ən yaxşı qarantı hesab edilən liberal demokratiya yalnız son dövrlərin fenomenidir.  Birləşmiş Ştatlar və Britaniyanı çıxmaq şərtilə dünya millətlərinin mütləq əksəriyyəti demokratiya ideyasına son 50-60 ildə tapınıblar.  Bunun səbəbi var.   Mühafizəkar köşə yazarı George Will hesab edir ki, nə qədər effektiv də olsa demokratiya əslində müəyyən qədər qeyri-təbii idarəçilik növüdür və bu səbəbdən də onu işlətmək son dərəcə çətindir.  O, qədim zamanlardan bərqərar olan monarxiya və başqa növ diktatura rejimlərinin mövcudluğunu insanların ierarxik idarəçilik üslubuna olan təbii meylləri ilə izah edir.  Diktaturanı idarə etmək nə qədər asandırsa, demokratiya qurmaq bir o qədər çətindir.

    Təsəvvür edin ki, toplum özünə idarəçi seçir, və seçməklə də həmin idarəçiyə öz üzərində xeyli səlahiyyətlər bəxş edir.  Amma eyni zamanda istədiyi məqamda səlahiyyətlərin geri alınıb başqasına vermək hüququnu özünə saxlamağa çalışır.  Nəzəri baxımdan sadə səslənir.  Amma real praktikda bu nəzəriyyənin bir çox ölkələrdə tətbiq olunmamasının səbəbləri aydın olmağa başlayır.  Rusiya kimi möhtəşəm tarixə malik bir millət monqollar 13-cü əsrdə Kiyevi zəbt edəndən bəri özünü-idarəçiliyə nail olmayıb.  Prinsipcə Vladimir Putinin Rusiyası hələ də İvan Qroznının, Böyük Pyotrun Rusiyası kimi idarə olunur.  Təcrübə göstərir ki, işlək demokratiya qurmaq bəzi hallarda atom bombası əldə etməkdən daha çətindir.

    Əsgər Möhsümoğlu

    aasgaro+voanews.com

    Bu forum qapanıb
    Şərhlər
         
    Bu forumda şərh yoxdur. Birinci yazan siz olun.

    ƏN ÇOX . . .

    ...OXUNANLAR
    1.  Leyla Yunusun 8 mart bayramı – “səhhətimiz ağırdır” [Video]
    2.  Xədicə İsmayılovanı təbrik etmək istəyənlər həbsxanaya buraxılmayıb [Video]
    3.  Vahid Əhmədov: Mərkəzi Bank valyuta bazarına müdaxilə etməyəcək [Video-Müsahibə]
    4.  Elxan Şahinoğlu: Rusiya-Türkiyə toqquşması Azərbaycanı seçimə məcbur edə bilər [Audio-Müsahibə]
    5. Azərbaycanlı Amerikalılar Konqresi Rəsulzadə adına təqaüd təsis edib

    AMERİKANA

    Your JavaScript is turned off or you have an old version of Adobe's Flash Player. Get the latest Flash player.
    Amerikana: ABŞ-da qar necə əridilir?i
    ▶ || 0:00:00
    ... ⇱  
    • 268p / 4,0MB
    • 358p / 6,0MB
    • 480p / 11,0MB
     
     
    X
    Emil Quliyev
    28.01.2016
    Qar təmizləyən maşınların fəaliyyət göstərə bilmədiyi yerlərdə qar əridən qurğulardan istifadə edilir
    Video

     Amerikana: ABŞ-da qar necə əridilir?

    Qar təmizləyən maşınların fəaliyyət göstərə bilmədiyi yerlərdə qar əridən qurğulardan istifadə edilir
    Video

     Milli mətbəxi dünyada tanıdan Fəridə Buyuranla söhbət [Amerikana]

    Amerikana proqramının qonağı "Nar və Zəfəran" kitabı ilə beynəlxalq mükafatlar qazanmış Fəridə Buyurandır. Los Ancelesdə Fəridə xanımın evində qonağıq.
    Video

     Amerikana: Stanford Universiteti

    Dünyanın ən güclü ikinci tədris ocağı olan Stanford məzunlarının ümumi orta illik gəlirlərinin cəmi 2.7 trilyon dollara bərabərdir
    Video

     Teymur Sadıxov: Bu nöqtəyə çatmağıma təyyarə mühəndisliyi adını sevməyim səbəb olub [Amerikana]

    Bu gün Amerikana proqramının qonağı ABŞ-da NASA kimi nüfuzlu qurumlarda çalışmış azərbaycanlı gənc alim Teymur Sadıxovdur.
    Video

     Amerikanın Səsi San Fransiskoda [Amerikana]

    Amerikana proqramı Qərbin Parisi kimi tanınan San Fransisko şəhərində qonaqdır
    Sorğu arxivi

    BLOGLAR

     
    Azərbaycan dilində bloglar | Digər VOA blogları