Ukrayna - Azad Avropa / Azadlıq Radioları http://www.azadliq.org/archive/maydan/latest/67/16787.html Maydan Ukrayna Avropa Birliyi assosiasiya sazişi http://www.rferl.org/img/rssLogo_RFERL.gif Ukrayna - Azad Avropa / Azadlıq Radioları http://www.azadliq.org/archive/maydan/latest/67/16787.html az-AZ-Latn Azadlıq Radiosu © 2010 RFE-RL, Inc. 60 Wed, 27 Aug 2014 11:41:08 +0500 Pangea CMS – RFE/RL azadliq@rferl.org Putinlə Poroshenko birbaşa danışıqlar aparıblar - Rusiya və Ukrayna prezidentləri Ukraynanın şərqindəki böhrana dair birbaşa danışıqlar aparıblar, ancaq elə bir irəliləyiş barədə məlumat verilmir. Vladimir Putin və Petro Poroshenko avqustun 26-da Minskdə iki saatlıq təkbətək görüş keçiriblər. Öncə Avropa Birliyi rəsmiləri, Belarus və Qazaxıstan prezidentləri ilə daha geniş formatda danışıqlar olub. Poroshenko bildirib ki, bütün tərəflər Ukrayna qüvvələri və rusiyayönlü separatçılar arasında döyüşün dayandırılması üçün Kiyevin sülh təkliflərini dəstəkləyir və mümkün qədər tez «yol xəritəsi» hazırlanacaq. Putin isə deyib ki, «bu sülh prosesi başlanarsa, Rusiya onu dəstəkləmək üçün əlindən gələni edəcək», ancaq yaraqlılarla atəşkəsin şərtlərini hazırlamaq Kiyevin üzərinə düşür. Ukrayna və Qərb Rusiyanı separatçıları dəstəkləməkdə, onları silahla təchiz etməkdə suçlayır, Moskva isə bunu rədd edir.   http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552212 http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552212 Wed, 27 Aug 2014 09:39:33 +0500 XəbərlərDünyadaUkrayna Bu əl sıxma bütün dünyanın diqqətini cəlb edir Minskdə görüşən Ukrayna və Rusiya prezidentləri iyun ayından bəri ilk dəfədir qarşılaşırlar. Ötən dövr ərzində tərəflər arasnda münasibətlər xeyli soyuqlaşmışdı. Petro Poroshenko Rusiyanı Ukraynanın şərqindəki hərbi münaqişəyə qarışmaqda, Vladimir Putin isə Ukraynanı dinc əhaliyə qarşı silah işlətmək günahlandırırdılar. (Reuters) http://www.azadliq.org/media/video/26551382.html http://www.azadliq.org/media/video/26551382.html Tue, 26 Aug 2014 19:13:00 +0500 VideolarDünyada (VİDEO)Ukraynahttp://www.azadliq.org/media/video/26551382.html#relatedInfoContainer Poroshenko deyir ki, Minsk görüşləri dünyanın taleyini həll edir Ukrayna prezidenti Pertro Poroshenko Minskdə deyib ki, onun Rusiya prezidenti Putinlə və Avropa Birliyi liderləri ilə Minskdəki görüşləri dünyanın və Avropanın taleyini həll edəcək. Poroshenko bunu Minskdə çoxtərəfli danışıqlar vaxtı deyib. Həmin danışıqlarda Rusiya, Qazaxıstan, Belarus prezidentləri və Avropa Birliyinin xarici siyasət rəhbəri  Ashton iştirak edir. Poroshenko bildirib ki, o siyasi kompromiss axtarır və separtaçılara silah təchizatı dayansa şərqi Ukranayanda sülhə yol açılar. Rusiya prezidenti Putin deyib ki, Ukrayna böhranı Kiyevlə şərq regionlarının təmsilçiləri arasında birbaşa danışıqlarla həll oluna bilər.       http://www.azadliq.org/archive/news/20140826/1/1.html?id=26551227 http://www.azadliq.org/archive/news/20140826/1/1.html?id=26551227 Tue, 26 Aug 2014 18:41:28 +0500 XəbərlərDünyadaUkrayna Putin və Poroshenko bir-birinin əlini sıxdı [Video] Minskdə Putin-lə Poroshenko-nun görüşü gözlənilir. Ukrayna prezidenti Minskdəki sammitin Ukraynaya sülh gətirəcəyinə ümid edir. http://www.azadliq.org/content/article/26550834.html http://www.azadliq.org/content/article/26550834.html Tue, 26 Aug 2014 18:02:12 +0500 DünyaUkraynahttp://www.azadliq.org/content/article/26550834.html#relatedInfoContainer Nazarbayev: «...Qazaxıstan Ukraynaya çevrilə bilər» Qazaxıstan prezidenti Nursultan Nazarbaev deyir ki, ölkədə başqa dillər qadağan edilsə, Ukrayna ssenarisi baş verə bilər. http://www.azadliq.org/content/article/26551170.html http://www.azadliq.org/content/article/26551170.html Tue, 26 Aug 2014 15:15:49 +0500 DünyaOxu zalıUkraynahttp://www.azadliq.org/content/article/26551170.html#relatedInfoContainer Rusiyayönlü separatçının mühafizəçisi saxlanıb - Ukrayna hakimiyyəti bildirir ki, rusiyayönlü separatçı kimi tanınmış Igor Strelkov-un mühafizəçisi saxlanıb. Ukrayna daxili işlər nazirinin müşaviri Anton Herashchenko avqustun 24-də facebook-da yazıb ki, Strelkovun 34 yaşlı şəxsi mühafizəçisi Donetskin Konstantiniovka şəhərində xüsusi polis tərəfindən saxlanıb. O, Aleksei adlı mühafizəçinin qətl törətməkdə ittiham olunduğunu bildirib. Əsl adı Igor Girkin olan Strelkov özünü tanınmamış Donetsk Xalq Respublikasının müdafiə naziri elan edib. Avqustun 13-də o, Ukraynanın şərqindəki döyüşlərdə ağır yaralanıb və o vaxtdan görünməyib. Bu məlumat həm təsdiq, həm də təkzib olunur. Avqustun 14-də separatçıların veb-saytı yazıb ki, Strelkov başqa işə keçməsilə əlaqədar müdafiə naziri postundan istefa verib.  http://www.azadliq.org/archive/news/20140826/1/1.html?id=26550535 http://www.azadliq.org/archive/news/20140826/1/1.html?id=26550535 Tue, 26 Aug 2014 12:38:28 +0500 XəbərlərDünyadaUkrayna Ukrayna prezidenti parlamenti buraxır Ukrayna qanunvericiliyinə görə, bu qərardan sonra 60 gün ərzində seçki keçirilməlidir http://www.azadliq.org/content/article/26550308.html http://www.azadliq.org/content/article/26550308.html Tue, 26 Aug 2014 09:33:34 +0500 DünyaUkraynahttp://www.azadliq.org/content/article/26550308.html#relatedInfoContainer Ukrayna prezidenti parlamenti buraxır - Ukrayna prezidenti Petro Poroshenko parlamentin buraxılması barədə sərəncam imzalayıb. Avqustun 25-də verilmiş sərəncamdan sonra yeni seçkinin vaxtı oktyabrın 26-na təyin olunub. Poroshenko bu qərarını rəsmi tvitter hesabında açıqlayıb: «Parlamentin səlahiyyətinə vaxtından əvvəl son qoymaq qərarına gəldim». Ukrayna qanunvericiliyinə görə, bu qərardan sonra 60 gün ərzində seçki keçirilməlidir. Poroshenko qərardan bir neçə saat öncə Avropa Şurasının Prezidenti Herman Van Rompuy-la telefonla danışıb. O, Ukraynadakı durumu – avqustun 25-də rus tanklarının Ukraynanın cənub-şərqinə yerləşdirilməsini də müzakirə edib. Avqustun 26-da Poroshenko Minskdə Rusiya prezidenti Vladimir Putin və AB-nin xarici siyasət rəhbəri Catherine Ashton-la görüşəcək, Rusiya-Ukrayna arasındakı təbii qaz mübahisəsi də müzakirə olunacaq.  http://www.azadliq.org/archive/news/20140826/1/1.html?id=26550303 http://www.azadliq.org/archive/news/20140826/1/1.html?id=26550303 Tue, 26 Aug 2014 09:28:34 +0500 XəbərlərDünyadaUkrayna Paraddan əsirlərin keçirilməsi hərbi cinayət hesab olunurmu? İnsan haqları müdafiəçiləri bunu Cenevrə konvensiyasının pozuntusu sayır, bəs hüquq ekspertləri? http://www.azadliq.org/content/article/26549021.html http://www.azadliq.org/content/article/26549021.html Mon, 25 Aug 2014 18:21:36 +0500 DünyaUkraynahttp://www.azadliq.org/content/article/26549021.html#relatedInfoContainer Ukrayna sərhədçiləri Rusiyadan gələn tankların, zirehli maşınların qabağını alıb Ukrayna bildirir ki, onun sərhəd xidməti zirehli maşınlar dəstəsini dayandırıb. Həmin zirehli maşınlar Ukraynaya Rusiya ərazisindən daxil olub. Ukraynanın təhlükəsizlik sözçüsü Leonid Matyukhin deyib ki, “onlarla tank və zirehli maşın sərhəddi avqustun 25-də Mariupol yaxınlığında keçib”. Matyukhin deyib ki, “ zirehli maşınlar və tanklar sərhəd xidməti tərəfindən dayandırılıb”. “ Döyüşlər gedir.” Avqustun 26-da Minskdə Rusiya və Ukrayna prezidentləri arasında görüş ola bilər. Onların hər ikisi Minskə yola düşür. Rusiyanın xarici işlər naziri Lavrov deyib ki, Moskva Kiyevin ikinci humanitar yardımla bağlı əməkdaşlıq edəcəyinə ümid edir. Moskva elan edib ki, Ukraynanın şərq regionlarına ikinci humanitar yardımı yola salmaq istəyir.   Moskva bu günlərdə birinci yardımı Ukrayna ərazisindən  Kiyevin razılığı olmadan keçirdi.   http://www.azadliq.org/archive/news/20140825/1/1.html?id=26549131 http://www.azadliq.org/archive/news/20140825/1/1.html?id=26549131 Mon, 25 Aug 2014 17:19:50 +0500 XəbərlərDünyadaUkrayna Ukraynada ingilis dilində TV kanalı işə düşüb - Avqustun 24-dən Kiyevdə ingilis dilində «Ukraine Today» televiziya kanalı peyk və internet yayımına başlayıb. Kanal «Ukrayna xəbərlərini Ukrayna perspektivindən işıqlandırdığını» bildirir. Telekanal «UT» loqosundan istifadə edir və Ukraynanın 1+1 Media Qrupuna məxsusdur. Bu qrupa Ukraynanın səkkiz televiziya kanalı və beş onlayn xəbər platforması daxildir. 1+1 Media Qrupunun baş direktoru Oleksandr Tkachenko deyib ki, «Ukraine Today» Rusiya dövlət mediasının «böyük miqyaslı informasiya müharibəsinə» qarşı yaradılıb. O, Rusiya mediasını prezident Vladimir Putin-ə dəstək məqsədilə Ukrayna barədə «yalan və təhrif» yaymaqda ittiham edib. Yeni kanala ukraynalı jurnalist, 1+1 Media Qrupunun TSN veb-saytının keçmiş redaktoru Tetyana Pushnova rəhbərlik edir. Məlumatlara görə, kanal gələcəkdə Birləşmiş Ştatlara peyk yayımına başlayacaq və sonucda rus dilində yayımlanacaq. http://www.azadliq.org/archive/news/20140825/1/1.html?id=26548629 http://www.azadliq.org/archive/news/20140825/1/1.html?id=26548629 Mon, 25 Aug 2014 12:20:49 +0500 XəbərlərDünyadaUkrayna Ukrayna müstəqilliyi günü separatçılar əsirlərin «parad»ını keçirib Paradı izləyənlər «faşist» deyə qışqıraraq, başlarını aşağı dikən əsirlərə boş butulka və zibil tolazlayıblar http://www.azadliq.org/content/article/26548441.html http://www.azadliq.org/content/article/26548441.html Mon, 25 Aug 2014 09:26:24 +0500 DünyaUkraynahttp://www.azadliq.org/content/article/26548441.html#relatedInfoContainer Ukrayna müstəqilliyi günü separatçılar əsirlərin «parad»ını keçirib - Rusiyayönlü separatçılar Ukraynanın dövlət müstəqilliyi günü – 24 avqustda yüzə yaxın hərbi əsirin iştirakı ilə Donetskdə «parad» keçirib. Məlumata görə, paradı izləyənlər «faşist» deyə qışqıraraq, başlarını aşağı dikən əsirlərə boş butulka və zibil tolazlayıblar. Human Rights Watch təşkilatının direktor müavini Rachel Denber Twitter vasitəsilə ötən gün yaşananları pisləyib, əsirlərin təhqir olunması və aşağılanmasının Cenevrə Konvensiyasının şərtlərinə zidd olduğunu bildirib. Bu arada Ukraynanın müstəqilliyi ilə bağlı tədbirdə çıxış edən prezident Petro Poroshenko deyib ki, 2015-2017-ci illərdə hərbi avadanlığın alınmasına təxminən 3 milyard dollar sərf olunacaq. Ukrayna müstəqilliyinin qeyd olunması ölkənin şərqində separatçılarla hökumət qüvvələri arasında döyüşlərin davam etdiyi vaxta təsadüf edir. http://www.azadliq.org/archive/news/20140825/1/1.html?id=26548454 http://www.azadliq.org/archive/news/20140825/1/1.html?id=26548454 Mon, 25 Aug 2014 08:32:12 +0500 XəbərlərDünyadaUkrayna Ukraynanın şərqində döyüşlər gedir - Son bir sutka ərzində Ukraynanın şərqində 5 hərbçi həlak olub, 8 nəfər yaralanıb. Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Andrey Lisenko-nun sözlərinə görə, hökuməti qüvvələri hücumu davam etdirir. Bazar günü separatçılar Donetsk vilayətində Kommunar yaşayış məntəqəsini «Grad» tipli qurğulardan atəşə tutublar. Qəsəbədə evlər yanır, hərbçilər yerli sakinlərin köməyinə gəliblər. Kommunarda heç bir hərbi hissə və mövqe yerləşmir. İtkilər barədə hələlik məlumat yoxdur. Donetsk, Qorlovka, Novosvetlovka və Xryaşevatoye yaxınlığında hərbi əməliyyatlar davam edir. Ukrayna hərbçiləri Saur-Moqila rayonunda mövqelərini saxlayıblar. Ötən sutka ərzində hökumət qüvvələri separatçıların mövqelərinə 60-a yaxın artilleriya zərbəsi endiriblər. Bu məlumatı Hərbi-siyasi araşdırmalar mərkəzinin rəhbəri Dmitriy Timchuk yayıb. http://www.azadliq.org/archive/maydan/20140824/67/16787.html?id=26547576 http://www.azadliq.org/archive/maydan/20140824/67/16787.html?id=26547576 Sun, 24 Aug 2014 16:24:18 +0500 XəbərlərUkrayna Ukrayna müstəqilliyinin 23 illiyini qeyd edir Prezident Petro Poroshenko Kiyevin mərkəzində parada qatılıb. Parad Maidan kimi tanınan Müstəqillik Meydanında keçirilib. http://www.azadliq.org/content/article/26547418.html http://www.azadliq.org/content/article/26547418.html Sun, 24 Aug 2014 13:39:14 +0500 SiyasətUkraynahttp://www.azadliq.org/content/article/26547418.html#relatedInfoContainer Angela Merkel Donbasın bərpası üçün pul vəd etdi - Kiyevə səfəri ərəfəsində münaqişə tərəflərini atəşkəsə əməl etməyə səsləyən Almaniya kansleri Angela Merkel Ukrayna prezidenti ilə görüşdən sonra bəyan edib ki, sülh tərəflərin buna can atdığı zaman baş verir. O, avqustun 26-da Minskdə Ukrayna, Qazaxıstan, Rusiya və Belarus liderləri arasında görüşün uğurlu olacağına ümid etdiyini deyib. Ukrayna prezidenti Petro Poroshenko deyib ki, onun ölkəsi Ukraynanın suverenliyini sülhə qurban verməyəcək.  Merkel isə bildirib ki, Almaniya Moskvanın martda zorla özünə birləşdirdiyi Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü tanıyır. Poroshenko Merkel-i «xeyirxah dost və Ukraynanın güclü vəkili» adlandırıb. Almaniya kansleri ilə Ukrayna prezidenti Donbasın bərpası üçün fond yaradılması ilə bağlı razılığa gəliblər. Merkel bu işə Almaniyanın 500 milyon avro ayırmağa hazır olduğunu deyib. http://www.azadliq.org/archive/news/20140823/1/1.html?id=26546608 http://www.azadliq.org/archive/news/20140823/1/1.html?id=26546608 Sat, 23 Aug 2014 18:32:57 +0500 XəbərlərDünyadaUkrayna Ukraynaya yük aparan Rusiya maşınları geri qayıdır - Rusiyadan Ukraynanın şərqinə humanitar yardım aparan ilk 7 maşın yüklərini boşaltdıqdan sonra geri, Rusiyaya qayıdıb. Bu barədə Interfax-a Cənub Gömrük İdarəsinin mətbuat xidməti məlumat verib. Rusiyadan gələn konvoy Luqansk istiqamətindən Ukraynaya avqustun 22-də keçib. Rusiya rəsmi nümayəndələrinin verdiyi məlumata görə, həmin maşınlarda 2 min tona yaxın ərzaq, dərman preparatları və yataq dəstləri olub. Ukrayna hakimiyyəti Rusiyadan yük maşınlarının ölkəyə girməsini təcavüz kimi qiymətləndirib və bildirib ki, yükün çatdırılmasını Beynəlxalq Qızıl Xaç Komitəsi öz üzərinə götürməlidir.  Rusiya Xarici İşlər Nazirliyi isə humanitar yardımın bütün normalara uyğun olaraq Ukraynaya aparıldığını bəyan edib. Nazirlik yükün ünvana çatdırılmasında gecikməyə görə Ukrayna hakimiyyətini ittiham edib. ABŞ və NATO Ukrayna hakimiyyətinin mövqeyini müdafiə edib. Pentaqon rəsmisi John Kirby Rusiyanı Ukraynaya yardım aparan maşınları təcili geri qaytarmağa çağırıb. http://www.azadliq.org/archive/news/20140823/1/1.html?id=26546475 http://www.azadliq.org/archive/news/20140823/1/1.html?id=26546475 Sat, 23 Aug 2014 16:35:08 +0500 XəbərlərDünyadaUkrayna Angela Merkel-in Ukraynaya səfəri başlayır - Almaniya kansleri Angela Merkel avqustun 23-də Ukraynaya gedir. Almaniya mətbuatına müsahibəsində o deyib ki, səfər zamanı Ukraynanın şərqində atəşkəsin əldə olunmasına cəhd etməyə çalışacaq. Bundan başqa, ölkə rəhbərliyi ilə Kiyevə yardım məsələsini müzakirə edəcək.  Merkel həmçinin vurğulayıb ki, Ukraynanın şərqindəki münaqişəni yalnız hərbi yolla həll etmək mümkün deyil.  Ukrayna xarici işlər nazirinin müavini isə Merkel-in səfərini «Ukrayna ilə həmrəylik siqnalı» adlandırıb. Məlumata görə, Almaniya kansleri Ukrayna prezidenti, baş nazir, o cümlədən Kiyev, Donetsk, Lvov merləri və Krım tatarlarının nümayəndəsi ilə görüşəcək.  http://www.azadliq.org/archive/news/20140823/1/1.html?id=26546162 http://www.azadliq.org/archive/news/20140823/1/1.html?id=26546162 Sat, 23 Aug 2014 10:37:14 +0500 XəbərlərDünyadaUkrayna ABŞ Rusiyadan öz yardım karvanını Ukraynadan çəkməsini tələb etdi Rusiya karvanının Ukraynaya icazəsiz daxil olması ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilib http://www.azadliq.org/content/article/26546095.html http://www.azadliq.org/content/article/26546095.html Sat, 23 Aug 2014 06:40:16 +0500 DünyaUkraynahttp://www.azadliq.org/content/article/26546095.html#relatedInfoContainer Poroshenko Rusiyanın hərəkətini beynəlxalq qanunların pozuntusu adlandırır Ukrayna prezidenti Petro Poroshenko Rusiyanın humanitar yardım maşınlarının Kiyevin razılığı olmadan Ukranaya girməsini beynəlxalq qanunların pozuntusu adlandırıb. Ancaq Kiyev bildirir ki, maşınlara atəş açılmayacaq. Ukraynanın xarici işlər nazirliyi maşınların təhlükəsiz hərəkətinin təmin olunacağını deyib.  Rusiyanın 300-ə yaxın yük maşını Ukrayna ilə sərhəddə idi və avqustun 22-də onlarla yük maşını Şərqi Ukraynaya hərəkətə başladı.        http://www.azadliq.org/archive/news/20140822/1/1.html?id=26545141 http://www.azadliq.org/archive/news/20140822/1/1.html?id=26545141 Fri, 22 Aug 2014 18:12:15 +0500 XəbərlərDünyadaUkrayna