Azad Avropa / Azadlıq Radioları http://www.azadliq.org «Azadlıq» radiosu – ABŞ Konqresinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. O, Şərqi və Cənub-Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinə yayımlanır. http://www.rferl.org/img/rssLogo_RFERL.gif Azad Avropa / Azadlıq Radioları http://www.azadliq.org az-AZ-Latn Azadlıq Radiosu © 2010 RFE-RL, Inc. 60 Wed, 27 Aug 2014 16:07:12 +0500 Pangea CMS – RFE/RL azadliq@rferl.org Polşa bildirir ki, Ukraynanın şərqində Rusiya ordusunun hissələri vuruşur Polşanın baş naziri Donald Tusk avqustun 27-də Varşavada parlamentin iclasında deyib: ”heç kim Ukraynanın şərqində separatçılar haqda informasiyaları ciddi qəbul etmir. Son saatlarda təsdiqlənmiş informasiyaya görə, Rusiya ordusunun nizami hissələri Ukraynanın şərqində əməliyyatlar keçirir. Bu informasiya NATO-dan gəlir və bizim kəşfiyyat bunu təsdiq edir.”  Ukrayna bir gün qabaq 10 rus desantçısını tutduğunu bildirdi və onların videosunu təqdim etdi, Rusiya isə onların azıb Ukraynaya keçdiyini deyir.  .  http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552732 http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552732 Wed, 27 Aug 2014 15:55:31 +0500 XəbərlərDünyada Nərmin Kamal. Niyə qaranlıqdır Evdən köhnə qaşıq götürüb düşdüm binanın həyətinə, ölmüş pişiyimi basdırmağa... http://www.azadliq.org/content/article/26552684.html http://www.azadliq.org/content/article/26552684.html Wed, 27 Aug 2014 15:38:54 +0500 CəmiyyətOxu zalıhttp://www.azadliq.org/content/article/26552684.html#relatedInfoContainer "Ölüm - ən gözəl ilham pərisidir" Tanınmış Meksika yazıçısı Carlos Fuentes-in "Paris review" jurnalına müsahibəsindən parçalar http://www.azadliq.org/content/article/25470979.html http://www.azadliq.org/content/article/25470979.html Wed, 27 Aug 2014 13:08:50 +0500 Oxu zalıYeni tərcümələrhttp://www.azadliq.org/content/article/25470979.html#relatedInfoContainer «Azadlıq» qəzeti yenidən «Qasid» firmasından pulunu tələb edib Rahim Hacıyevin dediyinə görə, onlar 3-4 günə «Azərbaycan» nəşriyyatına olan borcunun bir hissəsini ödəməsə, nəşriyyat «Azadlıq» qəzetinin çapını dayandıracaq. http://www.azadliq.org/content/article/26552432.html http://www.azadliq.org/content/article/26552432.html Wed, 27 Aug 2014 12:52:35 +0500 Siyasətnoreply@rferl.org (Maarif Çingizoğlu)http://www.azadliq.org/content/article/26552432.html#relatedInfoContainer ABŞ İraq kürdlərinə silah göndərəcək 7 ölkənin adını açıqlayıb -   Pentaqon rəhbəri Chuck Hagel deyib ki, ABŞ-dan əlavə 7 ölkə İraqda İslam Dövləti (İD) yaraqlılarına qarşı vuruşan kürd qüvvələrinə «vacib silah və avadanlıq» göndərməyə boyun olub. Avqustun 26-da yayılmış bəyanatda Hagel Albaniya, Britaniya, Kanada, Xorvatiya, Danimarka, İtaliya və Fransanın adını çəkib. Elə həmin gün İraqın kürd regionunun prezidenti Masud Barzani deyib ki, İran peşmərgə qüvvələrinə silah-sursat verib. O, həmin bəyanatla İranın xarici işlər naziri Mohammad Javad Zariflə keçirdiyi mətbuat konfransında çıxış edib. Barzani bildirib ki, İran, İraq kürdlərinə birinci silah verən ölkədir. Kürdlərin peşmərqə yaraqlıları İraq İslam dövləti yaraqlıları ilə döyüşür. İraq İslam dövləti yaraqlıları İraq Kürdüstanının ucqarlarında bəzi əraziləri tutub. http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552401 http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552401 Wed, 27 Aug 2014 12:31:54 +0500 XəbərlərDünyada Abdullah seçki auditini boykot edir - Əfqanıstanda prezident postuna namizəd Abdullah Abdullah 14 iyun seçkisindəki bülletenlərin auditini boykot edib. Onun seçki kampaniyasının menecer köməkçisi bunu Azad Əfqanıstan Radiosuna deyib. Abdullah-ın komandasının üzvü Fazel Ahmad Manawi avqustun 26-da deyib ki, bu proses «bir zarafatdır». Onun sözlərinə görə, seçki rəsmilərinin auditə saxta görünən bülletenləri «kənara atmaq niyyəti yoxdur». Yəni Abdullah-ın saxta bülletenlərin sayılmamasına dair tələbi nəzərə alınmır. Manawi deyib ki, bu tələblərə avqustun 27-si səhərədək əməl olunmasa, o, auditdən çıxacaq və onu «bitmiş sayacaq». Abdullah və onun rəqibi Ashraf Ghani qələbəsini elan edəndən sonra, seçki prosesi çıxılmaz duruma düşüb. Auditdə məqsəd mübahisəni həll etmək idi. Hər iki namizəd avqustun 26-da vəzifədən gedən prezident Hamid Karzai ilə görüşüb. O, növbəti prezidentin andiçmə mərasiminin sentyabrın 2-də olacağını deyib. http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552272 http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552272 Wed, 27 Aug 2014 12:20:25 +0500 XəbərlərDünyada Karzai gələn həftə NATO samitinə getməyəcək - Əfqanıstan prezidenti Hamid Karzai-nin sözçüsü deyir ki, o, Vaşinqtonla fikir ayrılıqları üzündən gələn həftə NATO sammitinə getməyəcək. Aimal Faizi avqustun 26-da Reuters-ə deyib ki, narazılıqlar bu ilin sonunda əksər xarici qüvvələr Əfqanıstanı tərk edəndən sonra ölkənin təhlükəsizlik ehtiyacları ilə bağlıdır. Faizi-nin sözlərinə görə, ya Karzai-dən sonrakı əfqan prezidenti, ya da hazırkı hökumətin bir üzvü sentyabrın 4-5-də Uelsdə keçiriləcək sammitə qatılacaq. Toplantıda məqsəd NATO-nun döyüş missiyası bitəndən sonra əfqan təhlükəsizlik qüvvələrinə nə qədər yardımın gərəkdiyini müəyyənləşdirməkdir. Karzai ABŞ qüvvələrinin 2014-cü ildən sonra ölkədə qalmasına dair ikitərəfli təhlükəsizlik sazişini imzalamayıb. Onun qoyduğu şərtlərdən biri əfqan evləri üzərində hərbi əməliyyatlara son qoyulmasıdır. http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552367 http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552367 Wed, 27 Aug 2014 12:09:01 +0500 XəbərlərDünyada Ömür boyu bir yerdə, həbsxanada ayrı... Bir aya yaxındır, Azərbaycanda insan haqları fəalı Leyla Yunus və onun əri Arif Yunus fırıldaqçılıq və dövlətə xəyanət ittihamları ilə həbsxanaya salınıblar. Biz onların yeganə övladı–Dinara ilə valideynlərinin sevgi dolu münasibətləri və indi çəkdikləri ayrılıq ağrısı barədə söhbət etmişik http://www.azadliq.org/content/article/26552393.html http://www.azadliq.org/content/article/26552393.html Wed, 27 Aug 2014 12:05:42 +0500 Siyasəthttp://www.azadliq.org/content/article/26552393.html#relatedInfoContainer Putin əsir düşmüş desantçılardan danışıb - Rusiya prezidenti Vladimir Putin jurnalistlərlə söhbətində Ukrayna ərazisində saxlanmış rusiyalı desantçılardan danışıb. O, Kiyevə Rusiyadan qayıtmış ukraynalı hərbçiləri xatırladıb və ümid edib ki, bu halda da problem olmayacaq. Öncə Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin spikeri Andrey Lysenko deyib ki, rusiyalı desantçılar hərbi əsir deyillər. Onun sözlərinə görə, onlar dövlət sərhədinin qanunsuz keçməyə, terrorçu təşkilatlarla əməkdaşlığa, onda iştiraka və silahla qanunsuz davranışa görə saxlanıblar. «Rusiya hərbçiləri ifadə veriblər, onların gələcək taleyini hüquq-mühafizə orqanları müəyyənləşdirəcək», Lysneko bildirib. Rusiyanın 20 hərbçisi avqustun 24-də Donetsk ərazisində əsir düşüb. Dindirilmə zamanı bəlli olub ki, onlar hara getdiklərini bilməyiblər. Ancaq Ukrayna bayrağı olan tankı görəndən sonra bu ölkənin ərazisində olduqlarını anlayıblar. http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552364 http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552364 Wed, 27 Aug 2014 12:05:25 +0500 XəbərlərDünyada Şamaxıda zəlzələ olub -   Avqustun 27-si saat 09:26 radələrində Qobustandan 24 km qərbdə, Şamaxıda 3,2 bal gücündə zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.   Məlumata görə, yeraltı təkanlar 5 kilometr dərinlikdə baş verib. Dağıntılar barədə hər hansı məlumat yoxdur. http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552381 http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552381 Wed, 27 Aug 2014 12:00:38 +0500 XəbərlərAzərbaycanda Putin və Poroshenko bir-birinin əlini sıxdı [Video] Görüşün nəticələrindən danışan Putin deyib ki, Rusiya və Ukraynada «xeyli açıq suallar» qalıb... http://www.azadliq.org/content/article/26550834.html http://www.azadliq.org/content/article/26550834.html Wed, 27 Aug 2014 11:58:29 +0500 DünyaUkraynahttp://www.azadliq.org/content/article/26550834.html#relatedInfoContainer Müğənni Sami Yusuf aclıqla mübarizə üzrə səfir oldu - Azərbaycan əsilli britaniyalı müğənni Sami Yusuf BMT-nin Ümümdünya Ərzaq Proqramının (ÜƏP) aclıqla mübarizə üzrə səfiri təyin edilib. Bu barədə təşkilat avqustun 26-da məlumat yayıb. Məlumatda müğənninin uzun müddət ÜƏP-in fəaliyyətini dəstəklədiyi bildirilir. Qeyd olunur ki, o, albomlarının satışından əldə etdiyi vəsaitlə ehtiyacı olanlara ərzaq yardımı çatdırılması əməliyyatlarını maliyyələşdirib. Sami Yusuf həmçinin Misir və İordaniyada məskunlaşan suriyalı qaçqınların düşərgəsində olub, ÜƏP çərçivəsində yardımların neçə çatdırılmasını müşahidə edib. O, mahnılarından birini ötən il Filippində qasırğadan zərərçəkənlərə həsr edib. Sami Yusif 1980-cı ildə İranda azərbaycanlı ailəsində anadan olub. Uşaq yaşlarında ailəsi ilə Böyük Britaniyaya köçüb. BMT Ümumdünya Ərzaq Proqramının məlumatına görə, hazırda dünyada 842 milyon yetərincə qidalana bilmir. 2013-cü ildə ÜƏP 75 ölkədə 80 milyondan çox insana ərzaq yardımı edib. http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552341 http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552341 Wed, 27 Aug 2014 11:53:43 +0500 XəbərlərDünyada İlham Əliyev: «Müstəqillik bizim ən böyük sərvətimizdir» - «Bütün dünyaya nümayiş etdiririk ki, Azərbaycan müstəqil ölkə kimi uğurla yaşayır. Müstəqilliyin bütün üstünlükləri Azərbaycan xalqı üçün artıq bəllidir. Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir». Bunu ötən gün Xalça Muzeyinin yeni binasının açılış mərasimində prezident İlham Əliyev deyib. Prezident bildirib ki, qısa müddətdə - cəmi 23 illik müstəqillik dövründə Azərbaycan çox böyük və şərəfli yol keçib: «Əgər biz müstəqilliyi 1991-ci ildə yox, 1971-ci ildə, yaxud 1950-ci illərdə qazansaydıq, bu gün Azərbaycan dünyada ən inkişaf etmiş ölkəyə çevrilərdi. Ancaq biz bu yolla gedirik. Ölkəmizi gücləndiririk, inkişaf etdiririk. Hər bir sahə üzrə konkret proqramlar var». Bakıda Xalça Muzeyinin açılışına toxunan dövlət başçısı bildirib ki, Azərbaycan xalça sənətinin vətənidir: «Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür etmək mümkün deyil. Ona görə layihələndirmə işlərinə böyük diqqət göstərilib və nəticədə Avstriya memarlarının zəhməti hesabına bu layihə təqdim edilib. Bu layihə öz nadirliyi ilə seçilir, fərqlənir. Bu bina xalçanı əks etdirir və əlbəttə ki, Xalça Muzeyinin yerləşdirilməsi ilə bağlı məndə heç bir tərəddüd olmayıb. Çünki Xalça Muzeyi Bakının ən gözəl yerində, bulvarda olmalı idi. Bu, nadir memarlıq əsəridir». Prezident muzeydə 15 minə yaxın eksponatın olduğunu bildirərək, hazırda həm Bakıda, həm də müxtəlif bölgələrdə xalça muzeylərinin fəaliyyət göstərdiyini qeyd edib. http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552230 http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552230 Wed, 27 Aug 2014 10:08:32 +0500 XəbərlərAzərbaycanda Amerikalı islamçı yaraqlı Suriyada həlak olub - Ağ Ev Suriyada islamçı yaraqlılarla birlikdə döyüşən amerikalının ölümünü təsdiqləyib. ABŞ rəsmiləri avqustun 26-da bildiriblər ki, Douglas McAuthur McCain İslam Dövləti (İD) qruplaşmasının tərkibində döyüşüb. Bu qruplaşma İraq və Suriyada böyük ərazilər ələ keçirib. McCain 10 il öncə islamı qəbul edib. Məlumatlara görə, avqustun 24-də öldürülüb. ABŞ mediası yazır ki, İD Suriyada ötən il oğurlanmış xarici yardım işçisi olan amerikalı qadının buraxılması üçün 6.6 milyon dollar tələb edir. Birləşmiş Ştatlar İD yaraqlılarına qarşı mümkün hava hücumlarından öncə Suriya üzərində nəzarət uçuşları həyata keçirir. ABŞ ötən aydan İraqdakı İD yaraqlılarına qarşı hücumlara başlayıb. http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552217 http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552217 Wed, 27 Aug 2014 09:40:42 +0500 XəbərlərDünyada Putinlə Poroshenko birbaşa danışıqlar aparıblar - Rusiya və Ukrayna prezidentləri Ukraynanın şərqindəki böhrana dair birbaşa danışıqlar aparıblar, ancaq elə bir irəliləyiş barədə məlumat verilmir. Vladimir Putin və Petro Poroshenko avqustun 26-da Minskdə iki saatlıq təkbətək görüş keçiriblər. Öncə Avropa Birliyi rəsmiləri, Belarus və Qazaxıstan prezidentləri ilə daha geniş formatda danışıqlar olub. Poroshenko bildirib ki, bütün tərəflər Ukrayna qüvvələri və rusiyayönlü separatçılar arasında döyüşün dayandırılması üçün Kiyevin sülh təkliflərini dəstəkləyir və mümkün qədər tez «yol xəritəsi» hazırlanacaq. Putin isə deyib ki, «bu sülh prosesi başlanarsa, Rusiya onu dəstəkləmək üçün əlindən gələni edəcək», ancaq yaraqlılarla atəşkəsin şərtlərini hazırlamaq Kiyevin üzərinə düşür. Poroshenko onu da deyib ki, Rusiya və Ukrayna sərhədçiləri arasında məsləhətləşmələrin başlanması, eləcə də «qanunsuz saxlanan vətəndaşların» buraxılmasına dair razılıq əldə olunub. AÇIQ QALAN SUALLAR VAR... Görüşün nəticələrindən danışan Putin deyib ki, Rusiya və Ukraynada «xeyli açıq suallar» qalıb. Onun sözlərinə görə, Ukraynanın şərqində atəşkəsin şərtləri müzakirə olunmayıb. Beləliklə o, rəsmi olaraq Rusiyanın münaqişə tərəfi olmadığını bəyan edib. Rusiya liderinin sözlərinə görə, ukraynalı həmkarı ilə Ukraynanın şərqindəki sakinlərə humanitar yardım göstərilməsi barədə razılığa gəlib. Putin deyib ki, görüşdə qaz məsələsi də müzakirə olunub. Ukraynadakı durumla bağlı Minsk danışıqları «səmimi və müsbət» olub. Bunu AB-nin xarici siyasət rəhbəri Catherine Ashton deyib. Onun sözlərinə görə, AB Ukraynada atəşkəsə dair danışıqlara başlamağı təklif edib. http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552212 http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552212 Wed, 27 Aug 2014 09:39:48 +0500 XəbərlərDünyadaUkrayna Anar Məmmədli Vaclav Havel mükafatına namizəd oldu Finalçılar 56 namizəd içindən seçilib. Qalib sentyabrın 28-də müəyyənləşdirilib, bir gün sonra elan olunacaq http://www.azadliq.org/content/article/26552210.html http://www.azadliq.org/content/article/26552210.html Wed, 27 Aug 2014 09:31:30 +0500 Cəmiyyəthttp://www.azadliq.org/content/article/26552210.html#relatedInfoContainer Azərbaycanda ən çox abortu 25-29 yaşlı qadınlar edir - Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda abortların sayı daim artır. Belə ki, 2000-ci ildə 15-49 yaş arası qadınlar 95,2 min abort etdirmişdisə, 2013-cü ildə onların sayı 146,6 minə çatıb. 2000-ci ildə hər 100 doğuşa 18,4 abort, 2013-cü ildə isə 19 abort düşüb. Yaş kateqoriyasına görə abort statistikası da maraqlıdır. Belə ki, 2000-ci ildə 15-19 yaş arası qadınlar 572, 2013-cü ildə isə 1147 abort etdiriblər. Azərbaycanda ən çox abortu isə 25-29 yaşlı qadınlar edib, daha sonra 30-34 yaşlılar gəlir.    Dövlət Statistika Komitəsi selektiv abortlar (valideynlərin cinsiyyətinə görə uşaqdan imtina etdiyi hallar) haqqında məlumat vermir. /Turan/ http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552263 http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552263 Wed, 27 Aug 2014 08:45:22 +0500 XəbərlərAzərbaycanda Anar Məmmədli Vaclav Havel mükafatına namizəd oldu - Azərbaycanın insan haqları fəalı Anar Məmmədli 2014-cü il Vaclav Havel İnsan Hüquqları Mükafatına 3 namizəddən biridir. Avqustun 26-da Praqada toplaşan panel iki təşkilatı da qısa siyahıya salıb. Bunlar israilli və fələstinlilərin hüquqlarını müdafiə edən İsrailin B'tselem təşkilatı və sığınacaq axtaranların hüquqlarını müdafiə edən beynəlxalq Jesuit Qaçqın Xidmətinin Malta filialıdır. Finalçılar 56 namizəd içindən seçilib. Qalib sentyabrın 28-də müəyyənləşdirilib, bir gün sonra elan olunacaq. Mükafatın məbləği 79,000 dollardır. İkinci ildir verilən mükafatın məqsədi insan hüquqlarını müdafiə fəaliyyətini qiymətləndirməkdir. Ötən il mükafat Belarus hüquq müdafiəçisi Ales Byalyatski-yə verilib. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli dekabrın 17-də həbs olunub. Baş Prokurorluq A. Məmmədlinin sədri olduğu təşkilata oktyabrın 29-da cinayət işi açıb. İlkin ittiham qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq idi. Daha sonra Anar Məmmədli vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda da suçlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay azadlıqdan məhrum edib. Bir sıra beynəlxalq qurumlar isə Anar Məmmədlinin həbsini siyasi sayır, onu dərhal azad etməyə çağırır. http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552233 http://www.azadliq.org/archive/news/20140827/1/1.html?id=26552233 Wed, 27 Aug 2014 08:15:37 +0500 XəbərlərAzərbaycanda Bu da yeni Xalça Muzeyi - FOTOLAR Azərbaycan xalçaçılıq sənətinin xəzinəsi - Xalça Muzeyinin yeni binasının açılışı oldu. http://www.azadliq.org/content/article/26551574.html http://www.azadliq.org/content/article/26551574.html Tue, 26 Aug 2014 22:01:22 +0500 Oxu zalıhttp://www.azadliq.org/content/article/26551574.html#relatedInfoContainer Qazaxda Ermənistan vətəndaşı saxlanılıb - Avqustun 26-sı səhər saat 11 radələrində Qazax rayonunun Kəmərli kəndi ərazisində Ermənistan vətəndaşı saxlanılıb.  Bu barədə AzadlıqRadiosuna Kəmərli kənd icra nümayəndəsi Adıgözəl Dursunov məlumat verib: «Səhər idarədə idim, həyat yoldaşım zəng etdi ki, kiçik oğlum evimizin yanında bir Ermənistan vətəndaşı görüb. Biz onu saxladıq. Yaşı haradasa 50, bir az yuxarı olardı. Mən ermənicə bir az bilirəm. Ondan adını, niyə gəldiyini soruşdum. Təxminən 20 dəqiqə sonra onu hərbçilər götürdü. Amma onu deyim ki, o, mənə dediyi adla hərbçilərə dediyi ad fərqli idi. Ona bəzi suallar verdim, belə başa düşdüm nəsə təxribat qrupunun üzvüdür. Hərbçilər onu hara apardı, bu barədə bir söz deyə bilmərəm». Azərbaycanın Müdafiə Nazirliyi hələ ki məlumatı nə təkzib, nə də təsdiq edir. http://www.azadliq.org/archive/news/20140826/1/1.html?id=26551369 http://www.azadliq.org/archive/news/20140826/1/1.html?id=26551369 Tue, 26 Aug 2014 19:49:35 +0500 XəbərlərAzərbaycanda